Andorra millisinin kapitanı İldefenso Lima dünya futbol tarixinə düşüb.
Fanat.Az xəbər verir ki, 39 yaşlı müdafiəçi milli komandalarda ən çox oynayan futbolçu adını qazanıb. Bu Türkiyə ilə "AVRO-2020"nin seçmə mərhələ oyununda baş verib.
1997-ci ildən milli komandaya dəvət alan Lima 22 il 148 gün əsas komandanın şərəfini qoruyub. Bundan əvvəlki rekord Ekvador millisinin üzvü İvan Hurtadoya məxsus idi - 22 il 145 gün.
Qeyd edək ki, Andorra - Türkiyə oyununda qonaqlar 2:0 hesablı qələbə qazanıb.
Fanat.Az