Azərbaycanlı FIFA referisi Əliyar Ağayev "AVRO-2020"nin seçmə mərhələsində dünən keçirilən Malta - Norveç oyununu idarə edib.
Fanat.Az xəbər verir ki, Ta Qalidəki Milli stadionda keçirilən matçda meydan sahibləri 1:2 hesabı ilə uduzub.
Əliyar Ağayev görüşdə Maltanın iki futbolçusuna (Stev Burq və Zah Muskat) sarı vərəqə göstərib və onların qapısına penalti təyin edib. Ancaq 67-ci dəqiqədə Coşua Kinq həmin penaltidən fərqlənə bilməyib.
Fanat.Az