15:17 19.11.2019 2334

Dünyanın ən varlı 20 idmançısı - VİDEO

İdman sağlamlıqla yanaşı, həm də qazanc mənbəyidir. Dünyada idman sahəsində öz sözünü demiş şəxslər arasında milyarderlərə də rast gəlmək mümkündür.

Dünyada sərvəti milyard dolları keçən idmançılar arasında basketbolçu, qolfçu və Formula ilotlarına rast gəlmək mümkündür.

Dünyada 20 ən varlı idmançının siyahısı belədir:

1. Maykl Cordan (basketbol) - 1.7 milyard dolar.
Karyerası ərzində Maykl Cordan yalnız iki peşəkar klubda - "Çikaqo Bulls" və "Washington Uizards"da oynayıb.

2. Tayger Vuds (qolf) - 1,65 milyard dollar.
"Forbes"in məlumatına görə, Tayger Vuds dünyanın ən varlı idmançısı olsa da, hazırda gəlirləri iki dəfə azalıb.

3. Arnold Palmer (qolf) - 1,35 milyard dollar.
Qolf tarixində ən istedadlı idmançılardan hesab olunur. 83 yaşında vəfat edən Palmer 52 il professional idmanla məşğul olub. 

4. Cek Niklaus (qolf) - 1,15 milyard dollar.
Karyerasında 18 çempionluq yaşayan Niklaus, müxtəlif fəxri adlara layiq görülüb. İdmana 21 yaşında başlayıb, 2005-ci ildə karyerasını bitirib.

5. Mixael Şumaxer (Formula 1) - 1 milyard dollar.
Mixael Şumaxer almaniyalı Formula-1 pilotu, yeddi qat dünya çempionudur.

6. Kobe Bryant (basketbol) - 770 milyon dollar.
"Qara Mamba" ləqəbli Kobi Brayant NBA komandalarından yalnız "Los-Anceles Leykers"in formasını geymiş peşəkar basketbolçudur.

7. Floyd Meyvezer (boks) - 765 milyon dollar.
Floyd Meyvezerin iştirakı ilə tarixdə ən bahalı üç boks döyüşü baş tutub. Sonuncu döyüş yuxarıda adı qeyd olunan Pakyau ilə keçirilib və boksçuya 240 milyon dollar qazandırıb.

8. Fil Mikelson (qolf) - 760 milyon dollar.
Hətta Tayqer Vuds qazandığı sərvət baxımından Fillə rəqabət aparmaqda çətinlik çəkir. Son sponsorluq müqavilələri Mikelsona ildə 60 milyon gəlir gətirib.

9. Devid Bekhem (futbol) - 730 milyon dollar.
2014-cü ildə karyerasını başa vuran Bekhemin varidatı digər futbolçulardan daha çoxdur.

10. Şakil Onil (basketbol) - 700 milyon dollar.
Basketbol meydançasında çıxışlarına görə Şakil cəmi 292 milyon dollar qazanıb. İctimaiyyətin sevimlisi olduğuna görə müxtəlif şirkətlər basketbolçuya sərfəli sponsorluq müqavilələri təqdim etməkdən məmnundur.

11. Mayk Tayson (boks) - 685 milyon dollar.
Adi döyüşdən boksçu 25 milyon dollar qazanıb. Tayson Lennox Levislə son döyüşdən 35 milyon dollar gəlir əldə edib.

12. Qreq Norman (qolf) - 680 milyon dollar.
Avstraliyalı qolfçu Qreq Norman iki böyük turnirin qalibidir. "European Tour"da əldə etdiyi 14 dəfə birinciliklə bu idman növündə sözünü demiş olub.

13. Lebron Ceyms (basketbol) - 640 milyon dollar.
Lebron Ceymsin maliyyə işləri yaxşı gedir. "Klivlend" ulduz basketbolçuya hər il 30 milyon dollar ödəyir və "Nike" isə ona ömürlük müqavilə təklif edib.

14. Kriştiano Ronaldo (futbol) - 620 milyon dollar.
Ulduz futbolçu sərvətini Nike CR7 markası və Tag Heuer, EA Sports və Sacoor Brothers kimi şirkətlərlə sponsorluq sövdələşməsi sayəsində qazanıb.

15. Rocer Federer (tennis) - 600 milyon dollar.
Tennis yarışlarında çıxışı nəticəsində Rocer 99 milyon dollar qazanıb. Qalan pulları ona Nike və Rolex kimi nəhəng şirkətlərlə müqavilə qazanadırıb. 16. Aleks Rodrigez (beysbol) - 600 milyon dollar. Rekord beysbol müqavilələri, "Yankis"in ulduzuna təxminən 250 milyon gəlir gətirib.

17. Lionel Messi (futbol) - 520 milyon dollar.
Dünya futbolunun canlı əfsanəsi və "Barselona"nın super ulduzu. 2004-cü ildən bəri Lionel Messi klubla çox əlverişli şərtlərlə 8 müqavilə bağlayıb.

18. Ceff Qordon (avto-sürücü) - 515 milyon dollar.
Amerikanın avtomobil sürücüsü. Qordon 93 dövrədən sonra "NASCAR Sprint Cup" turnirinin qalibi olub.

19. Oskar De La Hoya (boks) - 510 milyon dollar.
1992-ci ildə olimpiya oyunlarında qızıl medal qazanmağı bacarıb. "Qızıl oğlan" ləqəbi ilə tanınan boksçu daima keçirdiyi döyüşlüərə görə yüksək qanarar alıb.

20. Menni Pakyau (boks) - 490 milyon dollar.
Filippinin idman tarixində ən yaxşılardan olan peşəkar boksçu. Pakyau heç bir siyasətçinin etmədiyi qədər xalqı üçün böyük işlər görüb.

Mənbə: baku.ws
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
23:42

"Barselona"nın ulduzu Premyer Liqa klubuna bu qiymətə keçir - MƏBLƏĞ

23:13

"Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümid edirik" - Sərxan Hacıyev

22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

21:20

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

21:14

"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

20:58

Neymar imicini dəyişdi - FOTO

20:39

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: "Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik"

20:17

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

19:54

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

19:12

İvan Rakitiç karyerasını bitirdi

18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

17:25

Alonso "Real Madrid"ə Modriçlə bağlı qərarını çatdırıb - SON DURUM

17:06

Lyakazettin zinət əşyalarını və pullarını oğurladılar

16:48

Azərbaycan - Macarıstan oyununun biletləri satışda

16:30

Ronaldunun oğlu millidə ilk qolunu vurdu, atasının tərzində qeyd etdi - VİDEO

16:12

"Şamaxı"nı 5 legioner tərk edir - ADLAR

15:53

Azərbaycan millisi dünya çempionatının son hazırlığına başlayır

15:35

Azərbaycanın daha bir güləşçisi Rusiyada medal qazandı

15:17

Xabi Alonso bu futbolçunu "Real"a gətirməklə özü məşğuldur

14:58

"30 faiz bizim vəziyyətimizə düşən komandalar tam şəkildə çöküblər" - Mikel Arteta

14:40

"Fulhem" "Mançester Siti", "Arsenal" və "Liverpul"dan daha artığını bacardı - REKORD

14:21

"Ayaks"ın italiyalı baş məşqçisi klubdan ayrıldığını bəyan etdi

14:02

"Neftçi" 10 futbolçusunu göndərməyə qərar verdi - ADLAR

13:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:24

Kriştianu Ronaldunun karyerasını nə vaxt bitirəcəyi açıqlandı

13:06

"O, Almaniya tarixinin ən yaxşı futbolçusudur" - Yürgen Klopp

12:49

Azərbaycan gimnastlarından Avropa kubokunda 5 medal qazandılar

12:31

Mahir Emreli Almaniyada rəmzi komandaya düşdü - FOTO

12:13

Niderlandlı yarımmüdafiəçisi "Mançester Siti" və "Real" arasında seçimini etdi

11:55

"Qarabağ" 32 komandaya bu aqibəti yaşadıb

11:38

"Barselona" üçün necə oyunçular transfer etməli olduğumuzu bilirəm" - Hans-Diter Flik

11:19

Gənclər Liqası: Lider də böyük hesabla qalib gəldi, ən yaxın izləyicisi də

11:00

ÇL-in liqa mərhələsinə birbaşa vəsiqə əldə edən "Qalatasaray"ın qazancı bəlli oldu - MƏBLƏĞ

10:41

Leroy Sane İngiltərəyə qayıdır - Premyer Liqadan 4-cü təklif

10:23

Andrade "Qarabağ" - "Kəpəz" duelinin tarixinə düşdü

10:06

“Heydər Əliyev kuboku-2025”: Səkkiz boksçumuz yarımfinala, ikisi finala adladı

Facebookdan bizi izləməyi unutmayın.
X