"Los Anceles Qalaksi"dən ayrılan Zlatan İbrahimoviç "Milan" qayıtmağa yaxındı.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sport İtalia" məlumat yayıb.
Bildirilir ki, A Seriyası təmsilçisi isveçli hücumçunun meneceri Mino Rayola ilə danışıqlara başlayıb. "Milan"nın Zlatanla 1.5 illik müqavilə imzalamaq istədiyi bildirilir.
Qeyd edək ki, İbrahimoviçlə digər A Seriyası təmsilçisi "Bolonya"nın da maraqlandığı iddia olunur. O, 2010-2012-ci illərdə "Milan"da çıxış edib.
Fanat.Az