"Anji" klubu son dövrlərdə Rusiyadan gedəcəyi deyilən hollandiyalı məşqçi Qus Hiddinklə müqaviləsini uzadıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Hiddink 1 il daha "Anji"ni çalışdıracaq.
Klubun vitse-prezidenti Konstantin Remçikov məşqçinin gələn mövsüm də klubda olacağını bildirib.
Qeyd edək ki, Hiddink 2012-ci ilin fevral ayında "Anji"yə keçib.
İdman24.az