17:27 21.11.2019 2031

“Samtredia”nın futbolçusu: "Gürcüstanda “Qarabağ”ın uğurundan çox danışırlar”

"Sumqayıt"dan ayrıldıqdan sonra ölkə daxilində klub tapmadığı üçün karyerasını başa vurduğunu elan edən, sonradan Gürcüstanın "Samtredia” klubuna keçən yarımmüdafiəçi Nicat Qurbanov qol.az saytına müsahibə verib. O, Gürcüstandakı karyerasından söz açıb.

- "Sumqayıt”dan ayrıldıqdan sonra karyeranızı bitirdiyiniz elan etmişdiniz. Sonradan Gürcüstanın "Samtredia” klubuna keçdiniz. 27 yaşda futboldan getmək haqda qərar verməyin səbəbi nə idi?
- Bu qərarı vermək doğrudan da çox ağır idi. İstəmədiyim qərarı vermək məcburiyyətində qaldım. Sadəcə, bir təklif olmadı, ona görə çox həvəsdən düşmüşdüm.

- Karyeranızı sonradan bərpa etdiniz. Niyə məhz Gürcüstan?
- Açığı, Gürcüstana gəlməyim ani alındı. Menecer Vaqif Heydərli zəng edib, belə bir variantın olduğunu dedi. Daha sonra Gürcüstana gedərək "Samtredia” klubunun idman direktoru ilə görüşdüm və razılaşdıq.

- Gürcüstanda futbolun ümumi səviyyəsi haqda nə deyə bilərsiniz? Hansı cəhətlərinə görə bizdən üstün, hansı cəhətlərinə görə isə geridədirlər?
- Düşünürəm ki, Gürcüstan milli komandası hazırda bizdən bir pillə üstündür. Heyətlərindəki bütün futbolçular demək olar ki, legioner həyatı yaşayır. Yerli çempionatdan yığmada maksimum 1-2 futbolçu var. Biz sadəcə, bir cəhətdən öndəyik, o da pul, maddiyat. Başqa heç nə ağlıma gəlmir.

- Azərbaycandan fərqli olaraq, Gürcüstanda bir xeyli bölgə klubu var. Ümumiyyətlə, Gürcüstanın bölgələrində futbolun vəziyyəti necədir?
- Gördüyüm budur ki, maddi baxımdan çətinliklər olduğu üçün bölgələrdə şərait aşağıdır. Amma istedadlı gənclər çoxdur. Demək olar ki, çoxu da legioner həyatı yaşamaq üçün can atır.

- "Samtredia” bir vaxtlar Çempionlar Liqasında "Qarabağ”la oynayıb. Bu komanda indi niyə 2-ci liqada yarışır?
- Bildiyimə görə, klubun borcları olub və ona görə aşağı dəstəyə düşüb. Amma dəqiq məlumatım yoxdur.



- Qonşu Gürcüstanda yerli futbol adamları bizim futbol haqda nə düşünürlər?
- Burada "Qarabağ”ın uğurundan çox danışırlar. Bir azərbaycanlı kimi bu da məni sevindirir. Milli komandamıza gəldikdə, yığmamızın zəif çıxış etməsi onlara təəccüblü gəlir.

- Öz çıxışınız haqda danışaq. Bu mövsüm çempionatda 6 qol vurmusunuz, 3 də qol ötürməsi etmisiniz. Bunu özünüz üçün yaxşı nəticə sayırsınız?
- Məncə, yaxşı göstəricidir. Amma kifayətlənmək olmaz.

- Komandanız yeni mövsümdən yüksək liqada çıxış etməyə yaxındır. Gələcək karyeranız barədə nə fikirləşirsiniz: orada qalacaqsınız, yoxsa təklif olsa, Azərbaycan klubuna qayıdacaqsınız? Ümumiyyətlə, hal-hazırda belə bir ehtimal nə qədərdir?
- Hər şey buradakı pley-off oyunundan sonra bəlli olacaq. Ümüd edirəm, bizim üçün uğurlu alınar. Təkliflər barədə isə mövsüm bitəndən sonra açıqlama verə biləcəyəm.

- Sizin Azərbaycan Premyer Liqasında bir neçə klubda, o cümlədən aşağı yaş qrupu üzrə milli komandalarda uğurlu oyunlarınız olub. Sonradan karyeranızda enişin olmasının səbəbini nədə görürsünüz? Bundan sonra bir futbolçu kimi hədəfiniz nədir?
- Mənim Gürcüstana gəlməyim karyerama çox böyük təkan oldu. Yeni səhifə açıldı və burada uğurlu oyunlarım oldu. Uzun müddət olar ki, belə formaya düşməmişdim. Hər futbolçuda enişlər olur, əsas odur ki, yenidən ayağa qalxıb, qayıda biləsən. Açığı, hər şeyin bitdiyini düşündüyüm anda mənə belə bir qapı açıldı. Düşünürəm ki, bu şansı dəyərləndirə bilmişəm. İndi özümə inamım artıb.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

Facebookdan bizi izləməyi unutmayın.
X