Argentinanın "Ximnasiya” klubunun baş məşqçisi Dieqo Maradonanın bir neçə gün öncə istefa verdiyini bilirsiniz.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis klub rəhbərliyi ilə fikir ayrılığına görə postundan ayrılmışdı.
Lakin Argentina mətbuatının
yaydığı məlumata görə, Maradona iki günlük ayrılıqdan sonra fikrini dəyişib. O,
azarkeşlərin də dəstəyi ilə işinin başına qayıdıb. Fanatlara və futbolçulara
təşəkkürünü bildirən mütəxəssis klub rəhbərliyinin də verdiyi sözlərə əməl
edəcəyinə inandığını söyləyib.
Xatırladaq ki, Maradona bu komandanı 2019-cu ilin sentyabr ayından etibarən
çalışdırır. "Ximnasiya” bu müddət ərzində 8 oyuna çıxıb, 3 qələbə qazanıb, 5
məğlubiyyətlə üzləşib.
Fanat.Az