Cənubi Amerikanın Çempionlar Liqası hesab olunan Libertadores Kubokunun qalibi müəyyənləşib.
Ötən il qalmaqallı şəkildə kuboku əzəli rəqibi "Boka Xuniors"un əlindən alan Argentinanın "River Pleyt" klubu bu dəfə finalda Braziliya təmsilçisi "Flamenqo" ilə qarşılaşıb.
Braziliyalılar hesabda geri düşsə də, matçı qələbə ilə başa vurmağı bacarıb - 2:1. Bununla da "Flamenqo" 38 il sonra Libertadores Kubokunun qalibi olub.
Qələbədən sonra küçələrə çıxan minlərlə braziliyalı azarkeş qələbəni bayram edib.
Fanat.Az finaldan maraqlı fotoları təqdim edir.