"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Sevilya" La Liqada növbəti oyuna çıxıb.
Fanat.Az xəbər verir ki, komanda XIV turda səfərdə "Valyadolid"lə qarşılaşıb. Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Yeganə qola 13-cü dəqiqədə penaltidən Ever Baneqa imza atıb. 90+2-ci dəqiqədə "Sevilya"dan Lukas Okampos qırmızı vərəqə alıb.
Bu qələbə ilə xalını 27-ə yüksəldən "Sevilya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Barselona" 28 xalla (13 oyundan) 1-ci, "Real" eyni xalla (13 oyundan) 2-cidi.
Qeyd edək ki, "Qarabağ" "Sevilya"ya qarşı Bakıda keçirdiyi ilk oyunda 0:3 hesabı ilə uduzub. Komandalar arasında cavab oyunu noyabrın 28-də İspaniyada keçiriləcək.
Fanat.Az