"Sevilya" "Qarabağ"la Avropa Liqasının oyunu öncəsi ciddi itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, komandanın kapitanı Xesus Navas sıradan çıxıb. 34 yaşlı müdafiəçi La Liqanın XIV turunun "Valyadolid”lə oyununda zədələnib. Ayağında ağrı hiss edən futbolçu 89-cu dəqiqədə meydandan çıxarılıb. Onun "Qarabağ”la görüşdə iştirak edib-etməyəcəyi hələlik məlum deyil.
Baş məşqçi Xulen Lopeteqi oyundan sonra keçirilən mətbuat konfransında kapitanın durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyini bildirib: "Oyundan sonra futbolçu ilə danışdım. Navas özünü yaxşı hiss etdiyini bildirdi".
Qeyd edək ki, noyabrın 28-də keçiriləcək "Sevilya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Fanat.Az