"Qarabağ"ın və millimizin yarımmüdafiəçisi Riçard Almeyda Braziliya mətbuatının da diqqətindən kənarda qalmır. Orta xətt oyunçusu cənubi amerikalı həmkarlarımıza verdiyi son müsahibədə bir sıra maraqlı məqamlara toxunub.
Müsahibəni müəyyən ixtisarla təqdim edirik:
- Riçard,
bir az futbola gəlişinizdən danışın. Sizə Avropanın qapılarını açan "Santo
Andre" klubu haqda nə deyə bilərsiniz?
- Peşəkar futbolçu olana qədər komandada qızğın rəqabət var idi. Tanrıya
şükürlər olsun ki, böyük inam və özgüvənlə bunu bacardım. Qrajau yaxınlığında
anadan olmuşam. O vaxt ulu babam və nənəm atama pul verdi ki, məni futbola
yazdırsın.Qeydiyyatdan keçdim. Cəmi 72 nəfər seçilmişdi. Onlardan biri də
mən idim. Onlar uşaqları əlifba sırası ilə çağırmağa başladılar. R hərfi ilə başlayan
adlar qurtardı. Adımın çıxmadığını görüb, pis oldum. Z hərfindən sonra birdən
mənim adımı çəkdilər (gülür). "Pakaembu" stadionundakı hər şeyi bu
günə kimi xatırlayıram. Tribunaya baxanda valideynlərimin necə ağladıqlarını
gördüm. Ordan ayrıldıqdan sonra Portuqaliyaya getdim. Ancaq bir müddət sonra
"Palmeyras"dan təklif aldım. Seçim etməliydim və yerli kluba keçməyə
razılıq verdim. Düşünürəm ki, bu, indiyə qədər etdiyim ən pis seçim idi. Çünki
8 aydan sonra demək olar, hamını komandadan göndərdilər. Bundan sonra mərhum
qohumum Devid məni "Paulista"nın direktoru ilə tanış etdi. Baxışdan
uğurla keçdim və həyatımı dəyişən məşqçi, "Palmeyras" və
"Flamenqo" klublarının keçmiş üzvü "Baroni" ləqəbli
Baroninyo ilə tanış oldum. "Paulista"da 2,5 il keçirdim. Məşqçi
"Santo Andre"nin sükanı arxasına keçəndən sonra məni də ora çağırdı.
Təbii ki, razılaşdım. Ad günümdən sonra Baroninyoya zəng vurdum və o, məni bir
neçə testdən keçirdi ki, digərləri necə oynadığımı görsün. İlk peşəkar
müqaviləmi məhz bu klubla bağladım. Əvvəlcə Tanrıya, daha sonra isə göstərdiyi
dəstəyə görə məşqçiyə təşəkkür etdim.
-
Portuqaliya, yoxsa Azərbaycan? Hansı ölkəyə uyğunlaşma prosesi daha çətin keçdi?
- Əlbəttə ki, Portuqaliyaya uyğunlaşmaq daha asan oldu. Çünki
eyni dildə danışırdıq. Əvvəlcə portuqallar mənə bir az qəribə gəlirdi. Həmin
vaxt Kaysara ilə birlikdə "Santo Andre"ni tərk etdik və "Jil
Visentə"yə yollandıq. Əvvəlcə hər şey fərqli idi. Məsələn, onlar
portuqalca danışırdılar, ancaq bəzi sözlər tamam başqa idi. Amma bir aydan
sonra artıq adaptasiya olduq. İndi isə Azərbaycandayıq. Müsəlman ölkəsidir.
Dili, mədəniyyəti, hətta qidaları belə fərqli olsa da, cəmi 1 il sonra hər şeyə
öyrəşdik. Şükürlər olsun, tezliklə Azərbaycanda 7-ci ilim tamam olacaq.
- Avropa
Liqasında şanslarınızı necə qiymətləndirirsiniz?
- APOEL-lə son iki avrokubok oyununda bəxtimiz gətirmədi. Evdə qələbə qazanmalı
olduğumuz halda, heç-heçə etdik. Kiprdəki matçda hesabda öndə idik, son
dəqiqələrdə geridönüş etdilər və qalib gəldilər. Halbuki biz onlardan daha
yaxşı idik. Belə bir deyim var ki, yaxşı oynayan hər zaman qələbə qazanmır.
Xallarımız eyni olsa da, üstünlük APOEL-in tərəfindədir. Tanrıya yalvarıram ki,
bizə bu imkanı yaratsın və qrupdan çıxaq. Hələ ki, heç nə həll olunmayıb.
-
"Sevilya" qrupun favoritidir. "Düdelanj" və APOEL-dən
hansını daha şanslı sayırsınız?
- "Sevilya" artıq pley-offa çıxmağı təmin edib. APOEL və
"Düdelanj" isə oxşar komandalardır. Hazırkı məqamda kiprlilər
öndədir. İki oyundan birində APOEL-i uda bilsəydik, hər şeyi həll edə bilərdik.
İndi isə mübarizə aparmaq lazımdır. Ümid edirəm ki, "Düdelanj" bu tur
APOEL-ə uduzmayacaq. Biz isə artıq qrupdan çıxması dəqiqləşən
"Sevilya" ilə qarşılaşacağıq. Bilirik ki, onların əla komandası var.
İstər əsas, istərsə də ikinci heyət olsun. Amma inanıram ki, Tanrı bizə kömək
edəcək və hər şey yaxşı olacaq.
-
Azərbaycanda ən çox xoşunuza gələn nədir?
- Hər şey - insanlar, sadəlik. Onlar çox istiqanlıdılar və əcnəbilərə kömək
etməyi sevirlər. Klub rəsmiləri, baş məşqçi Qurban Qurbanov mənə ata kimidir,
prezident, bir sözlə, hamısı çox yaxşı insanlardır. Onların qəlbinə yol
tapmısansa, səni hər zaman sevəcəklər. Mənim üçün önəmli olan da məhz budur.
Burada hər şey tək mənim yox, ailəmin də xoşuna gəlir. Anam və qaynanam hər il
Bakıya gəlirlər. Buranı onlar da çox bəyənirlər. Ona görə də çox sözə ehtiyac
yoxdur. Sadəcə, Tanrıma şükür edirəm.
-
Azərbaycanla Braziliya yoldaşlıq oyunu keçirsə və sən qol vursan, sevinərsən,
yoxsa üzülərsən?
- Baxın, əgər Braziliyaya qol vurmaq imkanım olsa, buna sevinərəm. Braziliyalıyam,
öz ölkəmi sevirəm, vətənim üçün darıxıram. Hər tətildə valideynlərimi,
yaxınlarımı görmək üçün ora gedirəm. Amma Azərbaycan mənə qucaq açıb. Nə
qazanmışamsa, buna görə "Qarabağ"a və ölkəyə borcluyam. Buna görə
minnətdaram. Bura gələnə qədər nələr çəkdiyimi, hansı hisslər keçirdiyimi mən
bilirəm. Seçim edənlərin heç də hamısı uğur qazanmır. Heç vaxt bu səviyyədə
oynayacağımı, hətta uzun müddət Braziliyadan kənarda qalacağımı təsəvvür belə
etməzdim.
-
İnfrastruktur baxımından Azərbaycan və Braziliya futbolu arasında hansı fərqlər
var?
- Klubumuzun infrastrukturu bəlkə də dünyada ən yaxşılardandır. Beşulduzlu
otel, iki məşq meydançası, stadion, möhtəşəm fitness zalı, sauna, bir sözlə,
hər şeyimiz var. Şükürlər olsun, burada heç vaxt çətinliklə üzləşməmişəm. Məhz
buna görə "Qarabağ" hər zaman Avroliqanın qrupunda olur, buna görə
Çempionlar Liqasında oynamışıq. Artıq ardıcıl 6 ildir Premyer Liqanın qalibi
oluruq. Ümid edirəm ki, bu uğuru davam etdirə biləcəyik. Klubda ciddi insanlar
çalışır və heç biri digərindən zəif deyil. Hamı öz işini görür, bir-birinə
kömək edir. Hər şey əla və keyfiyyətlidir.
- Avropa Liqası, yoxsa Çempionlar Liqası? Hansında
daha çox həyəcanlanmısız?
- Düşünürəm ki, hər ikisi oxşar hissdir. Avropa Liqasında "Monako",
"Tottenhem", "Anderlext", PAOK, "İnter",
Çempionlar Liqasında isə "Çelısi", "Roma",
"Atletiko" kimi komandalarlar qarşılaşmışıq. Hər iki turnir həyəcana
səbəb olur. Çünki televizorda oyunlarını izlədiyiniz futbolçularla oynayırsız.
Final fitindən sonra sadəcə, göyə baxın və Tanrıya şükür edin ki, sizə belə bir
imkan yaradıb.
- Karyeranızı bitirməmişdən əvvəl Braziliyaya
qayıtmağı düşünürsüz? Bəlkə, yenidən doğma klubunuzun
formasını geyinəsiz...
- Bilirsiz, açığı, belə bir fikrim yoxdur. Artıq bura uyğunlaşmışam. Əlbəttə,
Braziliyada oynamaq çox yaxşıdır. Amma orada məni heç kim tanımır. Kimsə Riçard
Almeydanın kim olduğunu bilmir. Avropanın şərqi belə olsa, burada məni tək
Azərbaycan xalqı tanımır. Hamı bilir ki, mən "Qarabağ"da ən çox vaxt
keçirən oyunçulardan biriyəm. Qızım Bakıda məktəbə gedir, 9 aylıq körpə övladım
var. Ailəm də Bakını sevir. Düşünürəm ki, burada hər şey bizim üçün daha
yaxşıdır. Braziliyada çox az oynamışam. Peşəkar səviyyədə cəmi 4 oyun
keçirmişəm. Ümid edirəm ki, karyeramı "Qarabağ"da başa vuracam.
Düzdü, heç nəyi əvvəlcədən demək olmaz. Amma, bu, mənim arzumdur.
Fanat.Az