"Liverpul”un baş məşqçisi Yürgen Klopp "Qızıl top”a bu il daha çox layiq olan futbolçunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, alman çalışdırıcı belə deyib:
"Bu mükafatı indiki futbolçu nəslinin ən yaxşısına verməli olsaq, "qənimət” həmişə Lionel Messiyə çatmalıdı. Mövsümün ən yaxşısı isə Vircil van Deykdi. Hamıdan yaxşı Messi olsa da, van Diyk sərgilədiyi oyuna, qazandığı nəticəyə görə buna layiqdi".
Fanat.Az