Bir müddət əvvəl "Lester"in futbolçusu Demaray Qrayın evi soyğunçuların hədəfinə çevirilmişdi.
Fanat.Az xəbər verir ki, futbolçunun evini "Google" vasiəsi ilə tapan 4 soyğunçu onun ailəsinə qorxulu anlar yaşatmışdı.
Soyğun üçün 23 yaşlı futbolçunun evdə olmadığı vaxtı seçən oğrular gündüz saatlarında evə girərək 24 min funt-sterlinq nağd pul və qızıl-zinyət əşyaları aparmışdı. Həmin an evdə olan Qrayın 22 yaşlı sevgilisi Emma Hikman və yeni doğulan uşağı qorxulu anlar yaşamışdı.
Emma Hikman baş verənlərlə bağlı məhkəmədə danışıb. Oğruların silahlı olduğunu deyən futbolçunun sevgilisi həmin vaxt yataqda olduğunu bildirib: "Yataq otağında yatarkən biri otağa girdi. Adamı əlində bıçaqla qarşımda görənə qədər nələr olduğunu anlamadım. Çılpaq idim. Üzərimdə yalnız örtük var idi. Tərpənməməyimi söylədilər, pulların, qızılların yerini soruşdular. Pulların yerini dedim. Əlində böyük bıçaq verib. Sanki qılınc idi. Silahları da var idi. "Rolex" markalı saatımı da götürdülər. Götürəndə "sevgilin sənin üçün yenisini alar" dedilər. Çox qorxmuşdum. Mənə zərər verməyəcəklərini dedilər. Amma anamla bağlı təhdid etdilər. Anamın yolda olduğunu və evə gəldiyini söyləşmişdim. Bunu eşidəndən sonra ona zərər verəcəklərini dedilər".
Fanat.Az