"Ramon Sançes Pisxuan"da "Sevilya”ya qarşı daha öncə də oynadığım üçün şanslıyam. Burda həmişə xüsusi olur. Çox gözəl, inanılmaz stadiondu".
Fanat.Az-ın məlumatına görə, bunu "Qarabağ"ın yarımmüdafiəçisi Miçel deyib.
Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində noyabrın 28-də "Sevilya"nın qonağı olacaq.
Ölkəsinin mətbuatına açıqlama verən Miçel İspaniya klubuna qarşı oynamağın xüsusi olduğunu söyləyib. O, rəqibin gücünə baxmayaraq, xalla ayrılmaq məcburiyyətində olduqlarını da əlavə edib: "Çətin oyun olacağını bilirik. "Sevilya" çox güclüdü və ümumiyyətlə, öz meydanında rəqibi bağışlamır. Üstəlik, digər oyunda APOEL "Düdelanj"a qalib gəlsə və biz "Sevilya"ya məğlub olsaq, hər şey bitəcək. Ən azı 1 xal qazanmağaçalışmalıyıq. Uğurlu oyun keçirəcəyimizə və növbəti mərhələ şanslarını qoruyaraqSevilyanı tərk edəcəyimizə inanırıq".
Qeyd edək ki, "Sevilya” – "Qarabağ” matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.
Fanat.Az