"Levski" "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçevdən əl çəkmir.
Fanat.Az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, Sofiya təmsilçisi bu qış Ağdam təmsilçisində ümidləri doğrultmayan 26 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda qərarlıdır.
Hərçənd Slavçev ona konkret təkliflə müraciət edən həmyerlilərinə cavab verməyə tələsmir. Futbolçu dekabrda keçiriləcək oyunlardan sonra qərarını bildirəcək. Onun bir neçə ölkədən təklif almasına baxmayaraq, "Levski"yə müsbət cavab verməsi ehtimal edilir.
Petar Hubçevi baş məşqçi postuna gətirən sofiyalılar heyətin gücləndirilməsi yönündə danışıqlarını intensivləşdirib. Hubçevin Bolqarıstan millisindən yaxşı tanıdığı Slavçevin keçidinin havayı başa gəlməsi gözlənilir. Düzdü, onun "Qarabağ"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi. Lakin Ağdam klubu əsas heyətə düşməkdə çətinlik çəkən futbolçusunu klub tapacağı təqdirdə yola salmağa hazırdı.
Qeyd edək ki, Slavçev "Qarabağ"a ötən il "Sportinq"dən gəlib.
Fanat.Az