15:47 26.11.2019 1905

Ramin Musayev: "Rövnəq Abdullayevin göstərişi ilə bu istiqamətdə ciddi iş aparılır"

Fanat.Az Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin futbolpress.az-a müsahibəsini təqdim edir:

- Ramin müəllim, buyaxınlarda demişdiniz ki, futbolumuza sponsorların maraq göstərməməsində idman mətbuatının da rolu var. Millinin qrupda 1 xal toplamasında nə dərəcədə baiskarıq?
- Mən onu söhbətin gedişatında demişdim. Amma elə çıxmışdı ki, guya günahkar mətbuatdı.  Bəli, sponsorlara müraciət edəndə deyirlər, bizdə futbol yoxdu. Soruşursan ki, harda çıxır bu fikir? Deyirlər, hər yanda belə yazılır. Mən bunu demişdim, yoxsa sponsorların gəlməməsində mətbuatın birbaşa nə təqsiri?

- Bundan sonra mətbuat müsbət məqamları yazsa, futbolumuz düzələcək, yaxud sponsor marağı yaranacaq?
- Əlbəttə, yox. Heç bir əlaqəsi yoxdur. Elə mən də onu deyirdim ki, çıxışımda əsas fikir o deyildi, o cümlə, geniş söhbətin içində kiçik bir epizod idi. Ancaq oxucular inciyiblər. Qaldı ki millinin nəticələri, bu haqda çox danışmaq olar. Mən ən böyük günahı klublarda görürəm. Uşaq futboluna diqqət ya zəifdir, ya da keyfiyyətli deyil. Problemlər ordan  başlayır. Baş məşqçi üzə çıxan hansı futbolçuya şans vermədi? Hamısı oynadı. Əgər nəticəmiz budursa, deməli, bizim oyunçu potensialımızın gücü buna çatır. Daha yaxşı futbolçular yetişdirilməlidir. Klub rəhbərlərinin hamısı baş məşqçidən nəticə tələb edir. Elə futbolumuzun evini yıxan da budur. Çempionatda bir klub çempion olur, biri də kuboku qazanır. Bütün klubların qarşısında bu hədəflərin qoyulması anormaldır. Ümumiyyətlə, klublar ona görə var ki, milli komanda üçün futbolçu hazırlasın. Tələb əvvəlcə bu olmalıdır. Sonra nəticə.

- Uşaq futbolunda ən uğurlu nümunə olan "Qəbələ”nin taleyi qaranlıq qalıb. Futbolumuzun bəlkə də ən böyük poblemi budur. Necə olacaq bu gedişat?
- "Qəbələ” yaşayacaq. Mən buna inanıram. Ancaq bir şərtlə - yetirmələrini əldən buraxmasalar.

- Elə yetirmələri əldə saxlamaqçün də imkan lazımdır.
- O klub bunu bacara bilər.

- Yeni yaradılan klublardan yalnız "Sabah”ın uşaq futboluna ciddi yanaşdığı görünür. Bir güllə də bahar olmaz...
- Razıyam bu fikirlə. Bir klubun uşaq futboluna diqqəti ilə ciddi nəyəsə nail ola bilmərik. Ancaq "Səbail”in də getdikcə bu istiqamətdə addımlar atdığını deyə bilərik. Əcnəbilərlə yollar ayrıldı, əsasən yerli futbolçular oynayır. Ancaq fikir verirsinizsə, hər tur baş məşqçinin istefası haqda yazılır. Niyə? Axı Aftandil Haciyevin əlində nə imkanlar varsa, onlarla iş görür. Niyə istefası haqda yazılır? Birdən-birə yerli oyunçularla oynamaq tez zamanda yaxşı nəticə gətirmir axı. Dərhal baş məşqçiyə, kluba qarşı hücuma keçmək olmaz. Qoy strategiya formalaşsın. Çıxış yolu yalnız budur – yerli futbolçulara üstünlük vermək və uşaq futboluna daha çox diqqət yetirmək. Ancaq bir şərtlə, baş məşqçilərdən nəticə yox, məzmunlu oyun tələb etməklə. Mən "Neftçi”də işləyəndə aşağı yaş qruplarnın bütün oyunlarına gedirdim. Araz Abdullayev, Mirabdulla Abbasov və başqa uşaqların vaxtında. Onlar haçansa uduzanda ağlayırdılar. Rəhbərlik olaraq nə baş məqçini qınayırdıq, nə uşaqları. Əksinə, şəxsən bir-bir hər oyunçunu qucaqlayıb öpürdüm, məğlubiyyətə yox, yaxşı futbol oynamağa üstünlük vermələrini gözlədiyimizi bildirirdim. Uşaq futbolunda nəticə tələb etmək komandanın belini qırmaq deməkdir. Artıq elə oyunçular yetişdirilməlidir ki, onlar xaricdə oynaya bilsin, ora tab gətirsin.

- Bütün qeyd ediyiniz məqamlarda biz illərdir ki, ötəri yanaşa-yanaşa gedirik. Bundan sonra nəyə ümid edək?
- Mən bədbin deyiləm. Baxıram ki, klub rəhbərləri ayılıb. Xeyli öyrəniblər və başa düşürlər ki, məşqçilərdən, oyunçulardan dərhal nəticə istəmək işin ziyanınadır.

- Yerli futbolçulara üstünlük verilməsini tələb etmək/gözləmək də olmur. Klubların da öz haqlı məqamları var. Bəzi iddialı klublar nəticə qazanmaqçün legioner transferində maraqlıdır.
- Ona görə də AFFA bu məsələlərdə sərt qaydalar tətbiq etməyə tələsmir heç vaxt. Çünki müəyyən klublarımız kənarda yaxşı nəticələr qazanır. Hər hansı köklü dəyişiklik edilsə, prosesin ziyanına ola bilər. Bu işlər asta-asta elə bir həddə gətirilməlidir ki, klublar özləri yerli oyunçulara maraq göstərsinlər.

- Bu, yaxın zamanda bir az mümkünsüz görünür...
- 21 yaşadək məcburi limitin haqqında əvvəlcə yaxşı fikirlər səslənmirdi. Ancaq indi görürük ki, bu da olmasaydı, lap pis olardı.

- Bu tip limitlər yerli oyunçularda arxayınlığa gətirib çıxara bilir...
- Razıyam. Lakin klub nə üçündür? Belə məsələlərdə tənzimləməlidirlər. Yenə öz dövrümüzdən misal çəkəcəm. Məşqə gecikən, xəbərsiz yaxud vaxtından əvvəl bazanı tərk edən, məşqə öz avtomobilində gələn, hətta vaxtında yemək yeməyən futbolçulara da cəzalar tətbiq edirdik. Futbolda sərt intizam qaydaları çox vacibdir. Bu gün yerli futbolçularımızın çoxunun rahatca qəlyanxanalarda vaxt keçirdiyini görürük. Belə olmaz. Klublar sərt nəzarət etməlidirlər.

- Bəs limit məsələlərinin prosesdə rolu nə dərəcədədir?
- Mən istəyərəm ki, limitin forması yerli futbolçularda arxayınlığa səbəb olmasın. Bununçün lazım gələrsə müzakirələr də olacaq.

- Yəni hazırkı forma dəyişdirilə bilər?
- Mütləq halda müzakirələrdən sonra məlum olacaq. Əvvəlcə müəyyənləşirilməlidir ki, hazırkı formadan daha faydalısı varmı. Yəni əsas məqsəd dəyişiklik etmək deyil, ciddi müzakirələr edib, nəticə çıxarmaqdır.

- Sponsor məsələsinə yenidən qayıdaq. Son xəbərlər bədbin oldu. Yaxın gələcəkçün nikbinliyə əsas var?
- Biz dayanmamışıq. Danışıqlar gedir və gedəcək, proses dayanmır. Sponsor bizimçün ona görə vacibdir ki, daha geniş layihələri icra edək. Yəni PFL-in varlığı sponsordan asılı deyil.

- Aydındı, bəs PFL prezidenti postuna seçkilərə qatılmaq fikrində olmadığınızı bildirmişdiniz  yayda.  Daha doğrusu, hələ konkret fikir yox idi. Elə çox zaman qalmayıb, firiniz qətiləşibmi?
- Məqbul bilinərsə, mən buna gedərəm. Ümumiyyətlə, media nümayədəsi kimi, PFL-in işindən razısınız?

- Sırf media yönündən baxsaq, qurumun varlığı çox vacibdir. Qaldı ki işin keyfiyyətinə, kifayət qədər təcrübəli kollektiviniz var və bunadək ən çox ictimai, sosial layihələr edən təşkilatsınız.
- Çalışacağıq etimadları daha çox doğruldaq. Minimum imkanlarla da olsa, əlimizdən gələni edəcəyik.

- PFL-in təşilatçılığ ilə hakimlərin xaricdə toplanışı yenə olmayacaq. Artıq müqayisə edə bilərik. Əvvəlki illərdə xaricdə toplanışlar, son iki ildə daxildə - hakimlərin hazırlıq səviyyəsində fərq hiss edilir?
- Komitənin strukturundakı dəyişiklikdən sonra ciddi nəsil dəyişikliyinə başlanıb. Xeyli gənc hakimlər cəlb edilib. Komitə əsasən bu prosesin qüsursuz getməsinə güc sərf edir.

- Yeni adlar arasında əliyar ağayevlərə rast gələ bilərik? Bu sualı sizə verməyim təsadüf deyil, illər əvvəl israrla o hakimi diqqətdə saxlamağımızı istəyirdiniz. Siz də, PFL-in media və ictimaiyyət kuratoru Aslan Şahgəldiyev də. Proqnozunuz özünü dorultdu. Ona görə soruşuram...
- Bilirsiz, hər şey şəxsin özündən asılıdır. O vaxt görürdüm ki, Əliyar həddindən artıq çox çalışır öz üzərində. Bütün fikri öz inkişafında idi. İndiki uşaqların arasında da o cür həvəslilər var. Bircə istəyirəm ki, gğrüntü xatirinə olmasınlar burda. Elədə uğurlu olacaqlar. İndikiləri ovaxtkılardan bir üstünlüyü var. O vaxt klublar daha çox narazılıq edərdilər, daim təzyiq var idi gənc hakimlər üzərində. İndi elə deyil Hələ hansısa klubun AFFA-ya rəsmi şikayət etdiyini görməmişəm. Psxioloji gərginliyə düşmürlər, onların haqları qorunur. Bircə qalır öz işlərinə peşəkar yanaşmaları.

- Milli komanda mövzusunda çox danışa bilərik, lakin sizdən soruşmaq istədiyim əsas məqam başqadır. Bizim milliyə yerli mütəxəssis daha çox faydalı/lazımlı olar, yoxsa əcnəbi?
- Bax, az əvvəl dedim, Hakimlər Komitəsinə artıq əcnəbi mütəxəssis rəhbərlik edir. Bu yenilik deməkdir. Lakin səndə yetişdirməkçün keyfiyyətli "məhsul” yoxdursa, nə əcnəbi, nə yerli – heç bir fərqi olmayacaq. Əsas materialdır. Milli komandaların güclənməsinə hər şeydən əvvəl klublardan başlanmalıdır. Dünyanın ən məşhur məşqçisini gətirsək, milli komandanın nəticələri istədiyimiz yerə çatmayacaq. Əvvəlcə məşqçiyə keyfiyyətli məhsul təqdim eləməliyik.

- 8 omandalı çempionatda çeşidli və bol seçim çətin...
- AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə bu istiqamətdə ciddi iş aparılır. Növbəti mövsüm ölkə çempionatında komanda sayının minimum 10 olması planlaşdırılıb. Ən azı 2 komandanın cəlbi mümkün olacaq. Lakin sponsorların ciddi təklifləri olarsa, bu say daha da arta bilər.

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

Facebookdan bizi izləməyi unutmayın.
X