Latın Amerikası ölkəsi olan El Salvadorda çempionatında keçirilməli olan "Metapan" - "Limeno" matçı başlamadan bitib.
Fanat.Az xəbər verir ki, buna səbəb ev sahibi komandanın futbolçularının matç üçün lazım olan akkreditasiya kartını itirməsi olub.
Komandalar meydana çıxdıqdan sonra "Metapan"ın üzvlərinin akkreditasiya kartının olmadığı müəyyənləşib. Bu səbəbdən baş hakim qarşılaşmanın start fitini səsləndirməyib və meydan sahiblərinə 15 dəqiqə vaxt verib.
Lakin "Metapan" rəsmiləri futbolçuların kimlik bilgilərinin olduğu kartları tapa bilməyib. Buna görə də hakim oyunu təxirə salıb. Klub akkreditasiya kartlarının oğurlandığını iddia etsə də, federasiya onlara texniki məğlubiyyət verib. Beləliklə, qarşılaşma başlamadan bitib.
Ev sahibləri daha bir qalmaqalı azarkeşləri ilə bağlı yaşayıb. Belə ki, oyunu izləmək üçün bilet alan fanatların pulları geri qaytarılmayıb.
Fanat.Az