AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqada çıxış edən klubların əvəzedici komandaları arasında ölkə çempionatının XV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
"Rəvan” - “Qəbələ” matçında “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.
Oyunun 81-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Fərid Ağayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
Oyunun 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Fuad Əhmədov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, ёklub 2000 manat cərimə olunur.
Matçın 90+7-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Ramazan Həsənov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunur.
“Simurq” - “Qarabağ” matçının 72-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Bilal Abbaszadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
“Bakı” - “İnter” matçının 20-ci dəqiqəsində “İnter”in futbolçusu Elhad Nəziri əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
Fanat.az