AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri I divizionun XII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
“Neftçala” - “Turan-T” matçının 87-ci dəqiqəsində “Turan-T”nin futbolçusu Seymur Tağıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Ağsu” - “Şəmkir” matçında “Şəmkir”in 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunur.
Oyunun 67-ci dəqiqəsində “Şəmkir”in futbolçusu Ramil İbrahimov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
“Bakılı” - “Kəpəz” matçının 25-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Xəyal Zeynalov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
MOİK - “Karvan” matçının 86-cı dəqiqəsində MOİK-in futbolçusu Ramil Əliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Lakin matçın videoyazısını izlədikdə futbolçunun heç bir qayda pozuntusuna yol vermədiyi, hakimin epizodu düzgün qiymətləndirmədiyi aşkar edilib. Bu səbəbdən də, İntizam Komitəsi MOİK-in futbolçusu Ramil Əliyevə göstərilmiş sarı vərəqəni ləğv edib.
Matçın 86-cı dəqiqəsində MOİK-in baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
Qeyd edək ki, MOİK - "Karvan" oyununu Ömər Paşayev, Roman Vasilyev, Rəvan Həmzəzadə və Elxan Müslümovdan ibarət hakimlər briqadası idarə edib.
Fanat.az