AFFA İntizam Komitəsi 3 baş məşqçini cəzalandırıb. Fanat.az xəbər verir ki, U-19 liqasının “İnter” - “Xəzər Lənkəran” matçının 45+1-ci dəqiqəsində “İnter”in baş məşqçisi Vadar Nuriyev azarkeşlərə qarşı təhqiredici hərəkət edib və texniki zonadan kənarlaşdırılıb. Bu səbəbdən o, 5 oyunluq cəzalandırılıb.
Atena U-12 liqasının AZAL - “İnter” matçının 35-ci dəqiqəsində AZAL-ın baş məşqçisi Seymur Səbiyev hakimləri təhqir etdiyinə görə meydandan kənarlaşdırılıb və 5 oyunluq cəzalanıb. U-14 liqasının UGİM (Neftçala) - “Masallı” matçının 51-ci dəqiqəsində UGİMin baş məşqçisi Fəxrəddin Mürvətov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığından 1 oyunluq cəzalandırılb.
Fanat.az