Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki istefa verib.
Fanat.Az xəbər verir ki, bu barədə Bosniya və Herseqovina Futbol Federasiyanın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisini çalışdırırdı. O, 2018-ci ildən Bosniya və Herseqovina millisinə başçılıq edirdi.
Onu da qeyd edək ki, Prosineçkinin yığmamızda həmyerlisi Nikola Yurçeviçi əvəzləyəcəyi haqda xəbərlər yayılıb.
Fanat.Az