23:11 27.11.2019 1550

Tahir Gözəl: "Qurban Qurbanovla danışdım, istəyimiz odu ki..."

"Çox önəmli oyundu. "Sevilya" İspaniyanın üç ən böyük klubundan biridi. Hazırda da La Liqada 3-cü yerdədi. "Barselona" və "Real Madrid"lə aralarında 1 xallıq fərq var".

Bu sözləri fikirləri "Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda "Sevilya" ilə oyun haqda danışarkən deyib.

Onun sözlərinə görə, "Qarabağ"ın məqsədi növbəti mərhələyə yüksəlməkdi: "Bunun üçün şansımız var. Qurban Qurbanovla görüşüm oldu. Komandaya onlardan möhtəşəm oyun gözlədiyimi dedim. Nəticəni heç vaxt bilmək olmaz. Bizə yaraşan meydana həyəcan dolu, özünə inanan komandanın çıxmasıdı. Enerjimiz, qoçaqlığımızla "Sevilya"nı təəccübləndirmək istəyirik".

- "Qarabağ" Çempionlar Liqasında İspaniyada "Atletiko" ilə heç-heçə edib. Sabahkı oyunda xal qazanmaq üçün nə lazımdı?
- "Atletiko" və "Sevilya"nın oyun tərzi çox fərqlidi. "Atletiko" ilə oyunlarımız alındı. Əslində, bu bizə cəsarət verir. "Sevilya" nəhəng klubdu. Amma "Qarabağ" da imkansızları bacarmış klubdu. Komandaya inanıram. Əsas odu, cəsarətli mübarizə aparaq. Sabah futbolçularda bunu görmək istəyirəm.

- "Sevilya" qrupdan çıxmaq tapşırığını həll edib. Bu "Qarabağ"a maneə olar bilər, yoxsa əksinə?
- "Qarabağ"ı hamı gözəl futbol komanda oynayan komanda kimi tanıyır və buna görə ciddiyə alırlar. Klub prezidenti ilə danışanda da onlar "Qarabağ"ı sürpriz komanda adlandırırlar. Sabah bizə qarşı rahat oynayacaqlarına inanmıram.

- Sabahkı oyun üçün hansı nəticəni düşünürsünüz?
- Heç vaxt nəticəyə baxmamışam. Nəticəyə yox, məndən asılı olanlara baxmışam. "Qarabağ"ın fəlsəfəsi nəticə deyil. Biz sabah möhtəşəm oynamalıyıq. Qorxaq, müdafiə futbolu oynamamalı, lazımı yerdə sözümüzü deməliyik. Elə etməliyik ki, insanlar bizi alqışlasınlar. Qurban Qurbanovla danışdım. İstəyimiz odu ki, Avropa bizi cəsarətli oyunumuza görə alqışlasın. Nəticə nə olursa-olsun. Məndən nə asılıdırsa, edirəm, qalanı həyatın işidi.

- Futbolçuları oyuna necə motivasiya etmək istəyirsiniz?
- Adətən Qurbanovun futbolçularla söhbətinə qarışmıram. Amma sabah üçün onlara deyəcək sözüm budu ki, bizi qürurlandırın. Onlara buradan 100 faiz qələbə ilə çıxmağı söyləmirəm. Bunlar hamısı bir az da bəxt, şans məsələsidi. Amma siz sabah "Sevilya" önündə möhtəşəm komanda olduğunuzu göstərməyə borclusunuz.

- Xüsusi qonaqlarınız olacaq?
- Bəli, xaricdən gələn qonaqlarım var.

- Səfirlimizlə əlaqə yaradılıb? Ordan gələn olacaq?
- Xeyr, bura təzə gəlmişik. Yüz faiz əminəm ki, olacaq. Onları gözləyirəm. Lüksemburqda "Düdelanj"la matçdakı biabırçılığın qarşısı almaqda oradakı səfirliyimizin böyük rolu oldu. Əl-ələ verib böyük qüvvə yaratdıq, nəticədə bizdən üzr istədilər. Səfirliyin gəlməyi vacibdir, onlardan dəstək gözləyirik. Çoxlu azarkeşimizin olacağını bilmirəm. (Report.az)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X