FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığması 1177 xalla 114-cü pillədə qərarlaşıb. Nikola Yurçeviçin yetirmələri ötən ayla müqayisədə 3 pillə geriləyib.
Millimiz hesabat dövründə "AVRO-2020"nin seçmə mərhələsində Uelsə evdə, Slovakiyaya səfərdə eyni hesabla (0:2) məğlub olub.
Yığmamızın AVRO-2020-nin seçmə mərhələsindəki rəqibləri də yerlərini dəyişiblər. Xorvatiya və Uels irəliləyibsə, Slovakiya ilə Macarıstanda geriləmə müşahidə olunub.
Millimizin rəqibləri
6 (7). Xorvatiya – 1642
22 (24). Uels - 1540
32 (31). Slovakiya - 1490
52 (50). Macarıstan - 1416
Dünyanın ən güclü 10 komandasının siyahısında cəmi bir yerdəyişmə olub. Xorvatiya ilə Portuqaliya yerlərini dəyişiblər. Ancaq ilk "10-luq"da yeni ad yoxdu.
İlk "onluq”
1 (1). Belçika – 1765
2 (2). Fransa – 1733
3 (3). Braziliya – 1712
4 (4). İngiltərə - 1661
5 (5). Uruqvay – 1645
6 (7). Xorvatiya – 1642
7 (6). Portuqaliya – 1639
8 (8). İspaniya – 1636
9 (9). Argentina – 1623
10 (10). Kolumbiya - 1622
Qeyd edək ki, qonşu Türkiyə millisi 1494 xalla siyahıda 3 pillə irəliləyərək, 29-cu yerdə qərarlaşıb.
Fanat.Az