"Berti Foqts öz işi barədə bizə hesabat təqdim edib. Biz onun gəlişini gözləyirik". Fanat.az xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
"İcraiyyə komitəsinin iclası ilə bağlı vaxtı müəyyən etməmişik. Milli komandanın baş məşqçisi məsələsinə telefonla da aydınlıq gətirmək olardı. İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini öyrənib, qərar verə bilərdik. Amma İcraiyyə Komitəsinin yığıncağını keçirmək, orada fikir mübadiləsi aparıb müzakirələrdən sonra qərar verilməsini istəyirik. Çünki, çox vacib qərar verməliyik".
Fanat.az