AFFA-nın baş katibi Elxan Məmmədov Arif Əsədovun U-19-dan gedişi barədə danışıb. Fanatöaz xəbər verir ki, baş katib Əsədovun öz istəyi ilə getmək istədiyini deyib:
"Arif Əsədov bizim təkliflərdən imtina etdi. Bunun səbəbini də açıqlamadı. Ola bilər ki, klublardan təklif alacağını gözləyir. Onun yerinə Nikolay Adamı təyin edə bilərik. Belə olarsa, U-17-yə baş məşqçi axtaracağıq. Ya da almaniyalını postunda saxlayıb, U-19-a başqa məşqçi tapmalıyıq".
Fanat.az