Rumıniya paytaxtı Buxarestdə "AVRO-2020"nin final mərhələsinin püşkatma mərasimindən sonra AFFA prezidenti Rövnəq Abdullayev Türkiyə Futbol Federasiyası rəhbəri Nihat Özdəmirlə görüşüb.
Fanat.Az xəbər verir ki, AFFA rəhbəri türklərə mötəbər yarışda çempionluq arzulayıb.
Xatırladaq ki, A qrupunun Bakıda keçiriləcək oyunlarında Türkiyə Uels və İsveçrə yığmalarıyla qarşılaşacaq.
Fanat.Az