Uels millisinin baş məşqçisi Rayan Giqqz "AVRO-2020"nin A qrupunun püşkü barədə danışıb.
Fanat.Az xəbər verir ki, mütəxəssis qrupdakı rəqiblərini və püşkü dəyərləndirib:
"Loqistika baxımından, özümüz və azarkeşlərimiz üçün yaxşı qrupa düşmüşük. İki oyunumuzu Bakıda keçirdikdən sonra Romaya yollanacağıq. İsveçrə millisi istedadlı komandadı. Türkiyə seçmə mərhələdə Fransa və İslandiya ilə eyni qrupdan çıxmağı bacarıb, yaxşı formadadı. İtaliya isə sözsüz ki, fantastik komandadı. Ümidvaram ki, onlar ardıcıl iki qələbə qazanaraq, növbəti mərhələni təmin edəcəklər və bizimlə qrupdakı son oyunda ehtiyat qüvvədən yararlanacaqlar".
Qeyd edək ki, Uels yığması iyunun 13-də İsveçrə, iyunun 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda, iyunun 21-də isə İtaliya ilə Romadakı "Olimpiko" stadionunda üz-üzə gələcək.
Fanat.Az