10:56 02.12.2019 2098

“Bunların öz “kruq”ları var, kənardan kimsənin futbolda olmasını istəmirlər”

"Kəpəz”in sabiq icraçı direktoru Cabir İbrahimovun müsahibəsi 

 
- Siz sistemin içinə düşmüş arzuolunmaz qüvvə idiniz.
- Əlbəttə. Təsəvvür edin, bir dəfə "Sumqayıt”la səfər oyunumuz var idi, mənim maşınımı stadionun ərazisindən çıxardılar. Yerli klubun rəhbərliyinə yaxınlaşıb, səbəbini soruşdum. Cavab məni şoka saldı: "Biz klub rəhbəri kimi yalnız Mikayıl müəllimi tanıyırıq”. Bunların öz "kruq”ları var, kənardan kimsənin futbolda olmasını istəmirlər. Qurban Qurbanov bunların dəstəsinə daxil olmadığı üçün millidən qovuldu, yerinə hansısa sıradan əcnəbini gətirdilər. Bu gün də eyiblərini ört-basdır etmək üçün qazanılan 1 xala gön geyindirmək, günahkar tapmaq istəyirlər.
 
- "Kəpəz”in indiki durumu necədi?
- İstəsələr, lazım olsa, Premyer Liqaya qaldıracaqlar. Komandada yenə bildiklərini edirlər. Gəncəli uşaqların çoxu işsizdi, məcburiyyətdən taksi sürür, bunlar isə səviyyəsi yüksək olmayan uşaqlar gətiriblər, maaşı onlara verirlər. Paytaxtdan gətirilənlər yüksək, yerlilər onun 50 faizini alır, ayrıseçkilik edirlər. Halbuki oyunçular səviyyə baxımından fərqlənmir. İndi deyirlər ki, futbolçu yoxdu. Olmayacaq da, hansı şəraiti yaradırsız ki, yeni nəsil yetişsin?
 
- O hadisələr vaxtı problemdən xəbəri olub, susan insanlar var idimi?
- Məndən əvvəlki rəhbərlik, yəni, Mehman Allahverdiyev.
 
- Allahverdiyev Nərimanoğlunun sözünə baxırdısa, onu niyə çıxardılar?
- Baxmırdı da. Mən ailəmi dolandıracaq qədər məvacib alırdım, Mehman müəllim isə ağsaqqal adamdı, böyrü-başı, ətrafı var, o, daha çox qazanmaq istəyirdi. Heç bir iş görülmürdü, pul "xərclənirdi”, amma nəyə xərcləndiyi görünmürdü. Stadion ərazisində, koridorlarda cəmi bir lampa yanırdı, heç bir təmizlik işi aparılmamışdı. Mən ilk vaxtlar 48 yük maşını zibil daşıtdırdım. Əvvəllər onlar da edib, amma sponsorun hesabına. Eləyib, özlərinə də gözəl şərait qurublar. Mənim dövrümdə isə ancaq işçi heyəti düşündük, məşqçilərin, digər əməkdaşların maaşını qaldırdıq, cibimizə qoymadıq. Onu da elətdirmək üçün hər dəfə Nərimanoğluyla davaya çıxırdım.
 
- Şahin Diniyevin də məsələlərdə adı hallanırdı.
- O baş məşqçi, əmrə tabe adam idi. Nə deyirdilərsə, onu etməyə məcbur qalırdı. İşiylə, bacarığıyla seçilirdi.
 
- Həmin vaxt "Kəpəz”in büdcəsi nə qədər idi?
- Açıqlamayaq. Amma səsləndirilən qədər deyildi, daha çox idi.
 
- Bütün problemləri Nərimanoğluya deməkdənsə, həlledici məqamda gəlib Məmmədova şikayıt etməkdənsə, Gəncədə həll etmək olmazdı? Klubun Müşahidə Şurasının sədri Elmir Vəliyev var idi. Əslində, hər şeyi müşahidə etməli olan qurumun rəhbəri...
- Şikayət etdiyim vaxtlar olub. Lakin Mikayıl müəllim onu da inandıra bilirdi. Həm də maliyyə AFFA-nın əlində idi, Nərimanoğlu söz haqqını özündə saxlayırdı. Baş katibə şikayət etməyim də başqa seçimin olmamasına görə idi. Mən hər şeyi üzə çıxartdırandan sonra Vəliyev də təəccübləndi.
 
- Mikayıl müəllim qovulandan sonra "Kəpəz”də nə qədər işlədiz?
- 6 ay. Elmir müəllimin də istəyi oldu ki, icraçı direktorluqdan çıxım, stadion direktoru kimi fəaliyyət göstərim. 2018-in aprelində futboldan birdəfəlik uzaqlaşdım. "Kəpəz”in sonrakı rəhbərliyi ilə işimiz alınmadı. Doğrusu, klub inzibatçısı ilə kiçik münaqişə oldu, o işdən çıxarıldı, rəhbərlik mənə də "artıq danışırsan” deyib, vidalaşdı.
 
- Gəncə stadionunun qazonu yeniləndi. O məsələdə də maliyyə maxinasiyaları var idi?
- Doğrusunu bilmirəm, lakin şübhəli məqamlar var idi. Araşdıran olsa, çox məsələ üzə çıxar. Həmin vaxtın qiymətlərini sənədlərdə əks olunanlarla müqayisə etsələr, nələrsə taparlar.
 
- "Kəpəz”in indiki rəhbərli nə iş görür?
- Bakıdan gələn əmrləri yerinə yetirir.
 
- Gəncədə yaxşı məşqçi yoxdumu kluba Yaşar Vahabzadəni təyin ediblər?
- Azər Məmmədov, Vasif Vəliyev Bakıda işləyir. Əvvəlki məşqçi də normal fəaliyyət göstərirdi, lakin bunlara öz adamları lazımdı. "Kəpəz”də bu dəqiqə elə adamlar var ki, işdən anlayışı yoxdu, öz adamlarıdı deyə maaş alır.
 
- Bu gün Gəncədə uşaq futbolunda vəziyyət necədi?
- Bərbad. Yadıma düşmüşkən deyim: Allahverdiyev klubda işləyən vaxt stadion ərazisinə atılan plastik su qabları yığılır, yuyulur, içinə adi su doldurulurdu. Sonra isə həmin su qida kimi səfərə gedən uşaqlara paylanırdı. Mən isə onsuz da xərc kimi ayrılan, amma ciblərə gedən pulu təmiz su alınmasına yönəltdim. Büdcə var idi, dağıdılırdı, əziyyətini sağlamlıqları riskə atılan uşaqlar çəkirdi. Mən kluba gələndən sonra xeyli işçinin maaşını artırdıq, büdcə də böyümədi. O zaman maraqlıdı: bəs, əvvəllər həmin pul hara, kimin cibinə gedirdi? Ən böyük günahkar bu insanlara güvənən, onların fəaliyyətini yoxlayanlardı. Onlar problemin şişməsini, partlamasını gözlədilər, sonra da gəlib üstünü örtdülər. Məni ən çox narahat edən veteranların susmasıdı. Şikayətlənirdilər, işlə təmin olunan kimi susdular. Halbuki onların qabartdıqları problemlər olduğu kimi qalıb. Dəyişən yalnız onların maaş almasıdı.
 
- Və regionlarda futbolun durumu acınacaqlıdı...
- Bölgələrdə futbolun məhv olmasının birbaşa günahkarı AFFA-dı. Heç bir iş görmürlər, gördükləri də reklam xarakterlidi. Tovuzda guya akademiya açırlar. Cəmi bir meydançayla akademiya olar? Niyə yalançı görüntü yaradırlar? Həm də Gəncə mərkəzdi, bəlkə bu şəhərdə eyni addımın atılması daha effektli olardı?
 
Mənbə: futbolinfo.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

17:01

MPL: 35-ci tur start götürdü - YENİLƏNİR

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

17:29

Kamal Umudluya UEFA-dan növbəti təyinat

17:11

"Turan Tovuz" "Sumqayıt"a qarşı 4 itki ilə mübarizə aparacaq -AÇIQLAMA

16:56

"Sevilya" AL-in ikiqat qalibi ilə vidalaşacaq

16:38

Qaxda yeni cüdo zalı fəaliyyətə başladı

16:20

Fernandeş Ronaldunun rekordunu təkrarladı

16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

Facebookdan bizi izləməyi unutmayın.
X