Messsinin ən yaxşı seçildiyi gecəyə damğa vurdular - FOTOLAR
Xəbər verdiyimiz kimi, "France Football" nəşrinin ilin ən yaxşı futbolçusuna verdiyi "Qızıl top" mükafatının təqdimat mərasimi keçirilib.
Qalibin adı Parisin "Teatr ve Opera Binası"nda keçirilən mərasimdə açıqlanıb. Bu, Argentina millisinin və "Barselona"nın kapitanı Lionel Messidi. 32 yaşlı hücumçu karyerası ərzində rekord sayda - 6-cı dəfə bu mükafata layiq görülüb. Bununla da o, "Qızıl top" sayında "Yuventus"un hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.
Ən yaxşı qadın futbolçu adına amerikalı Meqan Rapinoe sahib çıxıb. Lusi Bronze ikinci, Aleks Morqan üçüncü olub.
Təqdimat mərasiminə dünyanın məşhur simaları qatılıb. Gecədənb fotları təqdim edirik.