"İnter"in PSJ-yə icarəyə verdiyi Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Naranın atası Andres Nara açıqlama verib.
Fanat.Az xəbər verir ki, o, qızı və kürəkəni ilə danışmadığını bildirib: "Bu uşaqların başı şöhrət və pula qarışıb. Bir insana pulu var deyə yaxın durmaq mənlik deyil. Bunun düşüncəsini belə sevmirəm. Qızımla da, İkardi ilə də danışmıram".
"Qızımı artıq 6 ildi danışdırmıram. Nəvələrimlə - Françeska ve İzabella ilə tanış olmamışam. Mauro İkardi ilə də görüşmürəm. Bu uşaqlar şöhrət, pul və yaşadıqları durumdan sərsəmləyib. Onlara yaxınlaşan bütün insanlardan qorxurlar" deyə Andres Nara bildirib.
Ata Nara qızının keçmiş həyat yoldaşı Maksi Lopeslə hələ də danışdığını bildirib: "Maksi üç nəvəmin atasıdı. Bir neçə gün əvvəl nəvələrimlə birlikdə olanda mənə bir video göndərdi. Uşaqlar məni çox gözəl, həyacanverci şəkildə salamladılar. Yaxşı atanın etməli olduğu budu".
Qeyd edək ki, Vanda Nara 2008-2013-cü illərdə Maksi Lopeslə evli olub. Həmin vaxt Maksi Lopeslə Mauro İkardi eyni klubda - "Sampdoriya"da oynayıb. Vanda Nara ərinə komanda yoldaşı ilə xəyanət edib. Bunu öyrənən Maksi Lopes ondan boşanıb. Vanda Nara bundan sonra Mauro İkardi ilə evlənib. O, hazırkı həyat yoldaşından 6 yaş böyükdü.
Fanat.Az