19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/21 mövsümünün seçmə mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda Fransa, Yunanıstan və Moldova komandaları ilə birgə mübarizə aparacaq.
Bu qrupun oyunları 2020-ci il oktyabrın 7-də, 10-da və 13-də Moldovoda keçiriləcək.
Fanat.Az