"Rəvan" sabah Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Qaradağ"la qarşılaşacaq. Fanat.az xəbər verir ki, qalibin 1 matçla müəyyənləşəcəyi dueldən öncə Bakı klubu görüşün keçiriləcəyi "Bayıl Arena"da son məşqini keçib.
Baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında baş tutan hazırlıq yüngül qaçış və isinmə hərəkətləri ilə başlayıb. Ardından futbolçular 2 qrupa bölunərək "kvadrat" oynayıb. Məşqin sonlarında isə baş məşqçi yetirmələrinə müxtəlif taktiki-texniki gedişlərin incəliklərini izah edib, praktiki nümunələr göstərib.
Qapıçılar isə meydanın digər hissəsində ayrıca məşq keçib. Onlara qapıçıların hazırlığı üzrə məşqçimiz Kamil Qafarov rəhbərlik edib.
Fanat.az