Ukrayna
millisinin baş məşqçisi Andrey Şevçenko
ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib.
Fanat.Az xəbər verir ki, 2016-cı ildən çalışdırdığı millini AÇ-2020-nin
final mərhələsinə götürən Şeva rəqiblərini böyük üstünlüklə qabaqlayıb.
Bu da səbəbsiz deyil. Ukrayna seçmə mərhələni
qrup lideri kimi bitirməklə yanaşı ölkə tarixində ilk dəfə ili məğlub olmadan
başa vurub.
Maraq üçün qeyd edək ki, ilin ən yaxşı qapıçısı adını
"Şaxtyor"un və yığmanın qolkiperi Andrey Pyatov alıb. "Mançester Siti"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə
Ukraynanın xaricdə çıxış edən ən yaxşı futbolçusu hesab edilib.
Fanat.Az