UEFA prezidenti Aleksander Çeferin Avropa Liqasının final matçının Bakıda keçirilməsindən danışıb.
Fanat.az xəbər verir ki, qurum rəhbəri "The Mirror"a açıqlamasında bu qərarı belə şərh edib:
"Finalda Azərbaycanın iki komandası oynasaydı və biz bu görüşün Londonda keçirilməsinə qərar versəydik, heç kim şikayətlənməyəcəkdi. İngiltərə Premyer Liqasının prezidenti mənə söyləmişdi ki, Dumanlı Albion klubları ən ucuz bilet və ən bahalı oyunçular istəyirlər. Demək olmaz ki, final məhz İngiltərədə keçirilməli idi. Kim bilərdi ki, həlledici qarşılaşmada İngiltərənin iki komandası üz-üzə gələcək? Finalın yerini necə dəyişdirmək olar? Bu, mümkünsüzdür. İnanın mənə, biz belə tədbirlərə 1,5 il əvvəldən hazırlaşırıq. Azərbaycan xalqı o qədər qürurlu, xoşbəxt idi ki... Uzaqdadırlar deyə, belə oyuna layiq olmadıqlarını düşünməklə, bir qədər ayrıseçkilik edirik. Məgər dünyanın mərkəzi İngiltərədir?"
Qeyd edək ki, bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilmiş UEFA Avropa Liqasının final matçında "Çelsi" "Arsenal"ı böyük hesabla məğlubiyyətə uğradıb - 4:1.
Fanat.az