17:35 04.12.2019 1715

"Bizim illik büdcəmiz 60-70 min civarındadı"

"Qaradağ-Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev Azərbaycan kubokunun "Zirə" ilə 1/8 final oyunundan sonra Sportinfo.az saytına müsahibə verib.

- Bilirsiz ki, "Qaradağ-Lökbatan" divizionda autsayder komandadır. 1-ci turdan - təxminən sentyabrın əvvəlindən klub olaraq strategiyanı dəyişib gənclərə üstünlük veririk. Ortalama yaş həddi komandamızda 20-dir. Əlbəttə, bizi Zirədə nə gözlədiyini bilirdik. MOİK-lə çempionat oyunundan sonra "Zirə" ilə görüşdə hesabın belə olacağını təxmin edirdik. Legioneri olan kluba qarşı gənclərlə oynayırsansa, əvvəldən belə hesaba hazır olmaq lazımdır. Mənə elə gəlir, işimizin öhdəsindən gəldik. Çünki əsas məqsədimiz bu cavan uşaqları legioner futbolçulara qarşı oynadıb oyun təcrübəsi qazandırmaq, potensiallarını açmaq idi. Divizion klubları ilə Premyer Liqa komandaları arasında uçurum ildən-ildə böyüyür.

- Penalti barədə nə deyə bilərsiz? Deyəsən, 4-cü qolda da hakimə etiraz edirdiz.
- Hakimlik barədə danışmaq istəmirəm, idarəçilik normal idi. Sadəcə, Rəşad Əhmədova iradımı bildirdiyim epizodda oyundankənar vəziyyət var idi. Ona bir də baxacağıq. Birinci qolda isə təmiz penaltidən söhbət gedə bilməzdi. Orada penalti yox idi. Birincidə danışmadım, dördüncüdə də etirazımı bildirəndə sarı vərəqə aldım. Fikrimcə, bildirdiyim iradda haqlı idim. Qolun təkrarına baxacam, səhv edirəmsə, hakimdən üzr istəyəcəm.

- Divizion klubları ilə Premyer Liqa klublarının arasında uçurum olduğunu dediz. Bunun səbəbi nədir?
- Məncə, səbəbi birinci divizionda tətbiq olunan limitdir. 6 futbolçu 1998-2000-ci il təvəllüdlü futbolçular meydanda olmalıdır. 2002-2003-cü il təvəllüdlü bir futbolçu isə ehtiyat skamyada əyləşməlidir. Buna uyğun bütün komandalar maksimum 4-6 futbolçu götürə biliri. Biz isə bundan tamamilə imtina etmişik. Biz divizionda yalnız 1998-1999 və daha yuxarı təvəllüdlü uşaqlarla iştirak edirik. Sezar Rodriges, Soni Norde kimi futbolçulara qarşı bizim uşaqlar yalnız təcrübə qazanmaq üçün oynaya bilərlər, nəinki nəticə əldə etmək.

- Divizion klublarının büdcəsi necə, daha təcrübəli futbolçu gətirməyə imkan verir?
- Divizionda ən zəif büdcəsi olan komanda bizik. Bu gün Divizionda mübarizə aparan heç bir klub Premyer Liqanın həndəvərinə gələ bilməz. Əgər "Kəpəz" və "Turan"ın Premyer Liqaya qayıdacağı deyilirsə, bu zaman yalnız sponsor hesabına büdcələri artırıla bilər. Bizim illik büdcəmiz 60-70 min civarındadır.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:51

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

18:50

"Barselona" tarixində Pedri kimisi olmamışdı - Messinin rekordu qırıldı

18:13

Qadınlar arasında 3x3 Basketbol Liqasının ikinci mərhələsinin qalibi bilindi

17:49

"Sumqayıt"ın kapitanı karyerasını bitirir - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X