Türkiyənin "Kasımpaşa” klubunun əsas komandası yeni baş məşqçiyə tapşırılıb.
Fanat.Az klubun saytına istinadən xəbər verir
ki, Superliqa təmsilçisini 49 yaşlı Tayfur Havutçuçalışdıracaq. Tərəflər1,5 illik müqavilə imza atıb.
Sözügedən mütəxəssis daha öncə Türkiyə
millisində Mirça Luçesku və Şenol Günəşə yardım edib.
Qeyd edək ki, 13 oyuna 12 xal
toplayan"Kasımpaşa" hazırda 18 kollektiv arasında 15-cidi.
Fanat.Az