10 ildən çoxdur ki, "Barselona"da top qovan Xerard Pike Kataloniyada 2019-cu ilin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az-ın "Mundo Deportivo"ya istinadən məlumatına görə, müdafiəçi mükafatını aldığı tədbirdə belə deyib: "Bu mükafatı qazandığım üçün qürur hissi keçirirəm. Komanda yoldaşlarıma təşəkkür edirəm. Ümid edirəm ki, bizi uğurlu il gözləyir".
32 yaşlı Pike 2008-ci ildən "Barsa"nın uğurları üçün çalışır.
Fanat.Az