Devid Bekhemin rəhbərlik etdiyi ABŞ-ın "İnter" klubunun Milli Futbol Liqasında (MLS) iştirak etməyə başlayacağı tarix açıqlanıb.
Fanat.Az xəbər verir ki, Mayami təmsilçisi MLS-də 1 mart 2020-ci ildə debüt edəcək. Komanda həmin gün "Los Anceles"in qonağı olacaq. Martın 14-də isə "Los Anceles Qalaksi"ni qəbul edəcək.
"İnter" ev oyunlarını 19 min tamaşaçı tutumuna malik Fort-Loderdeyl stadionunda keçirəcək. Bir neçə ildən sonra klub Mayamidəki 26 min tamaşaçı tutumuna malik arenaya dönməlidir.
Fanat.Az