14:39 06.12.2019 1962

Elxan Məmmədova sualımız var - V sual

2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramına start verildi. Məqsəd dövlətin dəstəyi ilə Respublikada futbolun inkişafına nail olmaq, beynəlxalq arenalarda milli yığma komandalarımızın, klublarımızın Azərbaycan adını layiqincə təmsil etməsi idi. İnfrastrukturun qurulması, mütəxəssislərin yetişdirilməsi, uşaq futbolu, futbolun kütləviləşməsi proqramın əsas tərkib hissələri kimi önə çəkilmişdi.

Fanat.az olaraq Dövlət Proqramının nə dərəcədə yerinə yetirildiyi ilə bağlı "Elxan Məmmədova sualımız var" lahiyəsindən xəbərdarsız. Hər dəfə bir sual və bir cavabdan ibarət olacaq araşdırmamızın artıq üç hissəsi yayımlanıb. (I hissə, II hissə, III hissə, IV hissə)

Sirr deyil, dünya futbolunda ən çox vəsait aparan sahə transferlər, legionerlərə xərclənən külli miqdarda pullardır. Futbola yatırılan 100 milyonlarla dollar maliyyə Azərbaycana legioner futbolçuların axınını sürətləndirmişdi. 

Futbolçu transferlərinə FİFA, UEFA tərəfindən ciddi önəm verilir, ildən-ilə keçidlər təkmilləşdirilir, şəffaflıq artır. Milli federasiyalar da strukturda önəmli rol oynayırlar. Federasiyada rəsmi qeydiyyatdan keçmədən heç bir futbolçu beynəlxalq qurumlar tərəfindən təsdiq edilə bilməz. AFFA, milli federasiyalar FİFA-dan öncə son təsdiqedici səlahiyyətlərə malikdir və hər şeyi müvafiq tələblərə uyğun yoxlayaraq həyata keçirməlidir. 

Dövlət Proqramının müddəalarını yerinə yetirmək, yuxarıda qeyd olunanları tənzimləmək əvəzinə federasiyada yeni nizamnamə qəbulundan sonra nüfuz bölgüsü aparıldı. AFFA idarəçiliyində katiblik - PFL qarşıdurmasının təməli qoyuldu. Federasiya daxilində legioner və yerli futbolçuların qeydiyyatı saxtakarlıq üzərində quruldu.

Futbolun təməli  uşaq futboludur. AFFA, klublar, məşqçilər, jurnalistlər uşaq futbolundan danışır. Hər kəs futbolçu yetişmir deyə gileylənir. Dövlət Proqramı qəbul ediləndə indiki U-17, U-19, U-21 milli yığma komandaların üzvləri uşaq baxçasına, birinci sinifə getməyə hazırlaşırdı. Futbol dili ilə desək, sıfırdan material idi. Bu uşaqlar necə futbol oynamağa öyrədiləcəkdi, elə də futbolçu olacaqdılar. Zaman onların necə futbol sirlərini mənimsədiklərini göstərir.  

AFFA bəyan edir ki, 160 min futbolçu qeydiyyatdan keçib, hər həftə minlərlə uşaqlar meydana çıxır, öz yaşlarına uyğun liqalarda oynayırlar. Belədə millilərin məşqçiləri niyə fəryad etsin ki, futbolçu yoxdur? Axı, Dövlət Proqramı çərçivəsində bu sahəyə milyonlar xərcləndi. İndi "bar”ın yetişməsi, dərilməsi zamanıdır. Meyvələr isə quruyub, cırlaşıb. 

Bu illər ərzində AFFA-da bütün layihələrə rəhbərlik etmiş baş katib Elxan Məmmədov isə ağızdolusu uşaq futbolunun inkişafından danışır, konfranslarda videoçarxlar nümayiş etdirir. Düzdür, müəllifi, ideoloqu olduğu "Top çiləmə" festivallarını, Berlin layihəsini, "Mançester Yunayted" məktəblərini, aşağı yaş qrupları üzrə yığmalara onlarla əcnəbi futbolçuların milliləşdirməsini unudur. Bunun əvəzinə "Bakı"da, "Qəbələ"də yetişən uşaqları yada salır, klubları futbolçu hazırlamaqda dolayısı ilə ittiham edir. 

Dövlət Proqramına uyğun olaraq AFFA ancaq uşaq futbolunun inkişafına (!) görə 10 milyonlarla vəsait xərcləyib. 

Məmmədova növbəti sualımız belədir:

- Milyonlar qarşılığında qeyd etdiyiniz 100 mindən artıq uşaq-yeniyetmələrdən niyə rəqabətədavamlı futbolçular çıxmadı, Dövlət Proqramından istifadə edərək assosiasiya  bu illər ərzində uşaq-gənclər futboluna ümumilikdə nə qədər maliyyə xərclədi və bunun qarşılığı niyə verilmədi?

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 May 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 May 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

Facebookdan bizi izləməyi unutmayın.
X