FIFA tərəfindən "Çelsi"yə tətbiq olunan transfer qadağası ləğv edilib.
Fanat.Az xəbər verir ki, bu barədə İdman Arbitraj Məhkəməsi (CAS) qərar verib.
CAS London təmsilçisinin şikayətini təmin edərək cəzanı ləğv edib. Beləliklə, "Çelsi" qış transfer pəncərəsi dövründə yeni futbolçuları qeydiyyatdan keçirə biləcək.
Qeyd edək ki, FIFA bu ilin fevralında "Çelsi"yə 2019/20 mövsümünün sonunadək transfer qadağası qoyub. "Zadəganlar" yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etdiyi üçün cəzaya məruz qalıb.
Fanat.Az