AFFA Həmkarlar İttifaqı (AFFA Hİ) Şirvana səfər edib.
Fanat.az xəbər verir ki, səfərin məqsədi Şirvanda itifaqın yerli təşkilatını yaratmaq olub.
AFFA Həmkarlar İttifaqının (AFFA Hİ) sədri Nazim Süleymanov, İcraiyyə Komitəsinin üzvləri, Səmadağa Şıxlarov və Novruz Əzimovun müşahidəçi qismində iştirak etdiyi iclasda Tahir Əliyev yerli futbol ictimaiyyətinin səsverməsi ilə Şirvan şəhəri üzrə təşkilatın rəhbəri seçilib.
Tahir Əliyev keçmiş SSR dövründə məşhur turnirlərdən hesab olunan "Dəri topu" yarışının qalibi olub. Nazim Süleymanov deyib ki, bununla da bölgələr üzrə yaradılan təşkilatın sayı 4-ə çatıb və yaxın günlərdə Sumqayıtda da analoji addım atılacaq.
AFFA Hİ indiyə qədər İmişli, Masallı və Lənkəranda yerli təşkilatlar yaradıb.
Fanat.az