“Qəbələ” seneqallı futbolçusu Viktor Mendi ilə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu 2 il əvvəl bağladığı müqaviləsinin şərtlərinə (2+1) uyğun olaraq daha 1 il də klubun şərəfini qoruyacaq.
Komandanın təcrübəli dayaq yarımmüdafiəçisi, son oyunlarda kapitanı olan Elmar Baxşıyevin məsələsi isə hələ açıq qalır. “Qəbələ” böyük ehtimalla, orta xəttə dağıdıcı futbolçu transfer edə bilsə, 33 yaşlı Baxşıyevlə yeni müqavilə bağlanmayacaq.
İdman24.az