Azərbaycanlı FIFA referisi Əliyar Ağayev daha bir təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsi çərçivəsində Kiyevin Olimpiya stadionunda keçiriləcək "Dinamo" (Ukrayna) - "Luqano" (İsveçrə) görüşünü idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. 4-cü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Dekabrın 12-də B qrupu çərçivəsində keçiriləcək oyun Bakı vaxtı ilə 20:55-də başlayacaq.
Fanat.Az