Bu gecə Çempionlar Liqasında qrup mərhələsinin VI - sonuncu turuna start verilib.
Fanat.Az-ın məlumatına görə, E, F, G və H qruplarında hər şeyə aydınlıq gəlib.
E qrupunun ilk 3 yerində qərarlaşanlar son turun nəticələrinə görə, 1/8 finala və Avropa Liqasının 1/16 finalına yollanacaq komandaları müəyyənləşdirib. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi - "Liverpul" səfərdə "Zalsburq"a yeniləcəyi halda ÇL-lə vidalaşa bilərdi. Ancaq İngiltərə təmsilçisi inamlı qələbə sayəsində qrup birincisi kimi növbəti mərhələyə adlayıb. "Napoli"yə gəlincə, italyanlar "Genk"i darmadağın edərək adını pley-offa yazdırıb. "Zalsburq" isə gücünü Avropa Liqasında sınayacaq.
F qrupunda "İnter"lə Dortmund "Borussiya"sı ikinci xoşbəxti müəyyənləşdirib. "İnter" liderliyi təmin edən "Barselona"nı, "Borussiya" isə sonuncu yerin sahibi "Slaviya"nı qəbul edib. Milan təmsilçisinin liderə məğlub olduğu gündə Dortmund klubu qələbə qazanmaqla qrup ikincisi olub. Bu üzdən də "İnter" mübarizəni Avroliqada davam etdirmək məcburiyyətində qalıb.
G qrupunda hər şeyə son turda aydınlıq gəlib. Lider "Leypsiq"lə ikinci pillənin sahibi "Zenit" səfər oyununa çıxlb. "Leypsiq"dən fərqli, "Zenit"lə "Lion"dan kimin növbəti mərhələyə adlayacağını son tur müəyyənləşdirib. Almaniya və Fransa təmsilçiləri ilk iki yeri tutmaqla ÇL-də mübarizəni davam etdirmək hüququ qazanıb. "Benfika" isə qrup üçüncüsü kimi Avroliqaya vəsiqə qazanıb.
H qrupunda "Çelsi" öz meydanında "Lill"ə qalib gəlməklə adını 1/8 finala yazdırıb. Digər yerin sahibi isə "Ayaks” - "Valensiya” qarşılaşmasında bəlli olub. İspaniya təmsilçisi minimal hesabla qalib gəlməklə ÇL-in sonuncu finalçısını qrupda saxlayıb. Üçüncü yerlə kifayətlənən "Ayaks" mübarizəni Avroliqada davam etdirəcək.
Çempionlar Liqası
Qrup mərhələsi, VI tur
10 dekabr
E qrupu
"Napoli” (İtaliya) - "Genk” (Belçika) 4:0
Qollar: Milik, 3; 26; 38-pen. Mertens, 75-pen.
"Zalsburq” (Avstriya) - "Liverpul”
(İngiltərə) 0:2
Qollar: Keyta, 57. Salah, 58.
1 |
Liverpul |
6 |
4 |
1 |
1 |
13-8 |
13 |
2 |
Napoli |
6 |
3 |
3 |
0 |
11-4 |
12 |
3 |
Zalsburq |
6 |
2 |
1 |
3 |
16-13 |
7 |
4 |
Genk |
6 |
0 |
1 |
5 |
5-20 |
1 |
F qrupu
"Borussiya”
(Dortmund, Almaniya) - "Slaviya” (Çexiya) 2:1
Qollar: Sanço, 10. Brandt, 61 - Souçek, 44.
"İnter” (İtaliya)
- "Barselona” (İspaniya) 1:2
Qollar: Lukaku, 44 - Peres, 23. Fati, 87.
1 |
Barselona |
6 |
4 |
2 |
0 |
9-4 |
14 |
2 |
Borussiya D. |
6 |
3 |
1 |
2 |
8-8 |
10 |
3 |
İnter |
6 |
2 |
1 |
3 |
10-9 |
7 |
4 |
Slaviya |
6 |
0 |
2 |
4 |
4-10 |
2 |
G qrupu
"Lion” (Fransa) -
"Leypsiq” (Almaniya) 2:2
Qollar: Auar, 50. Depay, 82 - Forsberq, 9-pen. Verner, 33-pen.
"Benfika”
(Portuqaliya) - "Zenit” (Rusiya) 3:0
Qollar: Çervi, 47. Pitsi, 58-pen. Azmun, 79-öz qapısına.
1 |
Leypsiq |
6 |
3 |
2 |
1 |
10-8 |
11 |
2 |
Lion |
6 |
2 |
2 |
2 |
9-8 |
8 |
3 |
Benfika |
6 |
2 |
1 |
3 |
10-11 |
7 |
4 |
Zenit |
6 |
2 |
1 |
3 |
7-9 |
7 |
H qrupu
"Çelsi”
(İngiltərə) – "Lill” (Fransa) 2:1
Qollar: Abraham, 19. Aspilikueta, 35 - Remi, 78.
"Ayaks”
(Hollandiya) – "Valensiya” (İspaniya) 0:1
Qol: Rodriqo, 24.
1 |
Valensiya |
6 |
3 |
2 |
1 |
9-7 |
11 |
2 |
Çelsi |
6 |
3 |
2 |
1 |
11-9 |
11 |
3 |
Ayaks |
6 |
3 |
1 |
2 |
12-6 |
10 |
4 |
Lill |
6 |
0 |
1 |
5 |
4-14 |
1 |
Fanat.Az