ABŞ millisi ilə qadınlar arasında dünya çempionluğunu qazandıqdan sonra FIFA-nın "Ballon d'Or" mükafatına sahib çıxan Meqan Rapinoe məşhur idman dərgisi "Sports Illustrated" tərəfindən "İlin idmançısı" elan edilib.
Dərginin 66 illik tarixində 4-cü, son 20 ildə isə 2-ci dəfə bu mükafata sahib çıxan qadın olaraq tarixə düşən Rapinoe mükafatlandırma mərasimindəki çıxışındə ABŞ prezidenti Donald Trampı hədəfə alıb.
Fanat.Az xəbər verir ki, dövlət başçısı haqqında sərt ifadələr səsləndirən xanım futbolçu onu mayak adlandırıb: "Uğurumun açarı yalnız iqtidara qarşı həqiqətləri söyləmək deyil. Eyni zamanda həqiqətin gücünə şahidlik etmək mənim uğurlarımda önəmli rol oynayır. Amma ən önəmli şey o manyakı Ağ Evdən uzaqlaşdırmaqdı".
Rapinoe 2020-ci ildəki prezident seçkilərində Trampın rəqibini dəstəkləyəcəyini açıqlayıb: "Hər kəsi dəvət edirəm, təşviq edirəm, təkid edirəm və tələb edirəm. Bunun üçün əlinizdən tutacam və söylədiyiniz hər şeydə sizə dəstək olacam. Bəzi şeylərin sadəcə daha yaxşı ola biləcəyinə deyil, birlikdə daha yaxşı ola biləcəyinə inanıram. Biz birlikdə daha yaxşıyıq".
Fanat.Az