13:38 11.12.2019 1669

Sabiq "Kəpəz" rəsmisi Elxan Məmmədovu açıq dialoqa dəvət etdi

AFFA-nın baş katibi Elxan Məmmədov nəhayət ki, İTV-də yayımlanan "3D" verilişinin qonağı oldu. 

Aparıcı Dadaş Dadaşlinskinin qurum rəsmisinə ünvanladığı suallardan biri də "Kəpəz”in icraçı direktoru Cabir İbrahimovun klubdakı yeyinti faktlarında AFFA-nı ittiham etməsi ilə bağlı idi. Lakin Elxan Məmmədov bu iddianın yalan olduğunu dedi.

Sport7.az bununla bağlı Cabir İbrahimovla əlaqə saxlayıb. "Kəpəz”in sabiq icraçı direktoru açıqlamasında Elxan Məmmədovun iddiasını yalanlamasının səbəbini açıqlayıb: 

"Mən bu sözləri özümdən uydurub demirəm. Elxan Məmmədov şəxsən özü və köməkçiləri maraqlansın ki, bu insan təşkilatı hansı əsasla günahlandırır? Sadəcə "yalandır" deyib kənara çəkilmək düzgün deyil. Orada başqa məsələlər, səhvlər vardı deyirlər. Mən mətbuat qarşısında da, Elxan müəllimin özü ilə açıq dialoqda da həmin məsələləri açıqlaya bilərəm. Ki, hansı əsaslara görə mən bu sözləri deyirəm. Özü də yaxşı bilir, ətrafında olanlar da... Burada günahsız adamlar çoxdur... Hansılar ki, Elxan Məmmədovun əmrinə, sözünə, kimlərinsə tapşırığına görə bu işlərin müəyyən bir hissəsini qaranlıqda saxlayıblar. 

Özüm iki ilə yaxın "Kəpəz"də rəhbər olaraq işləmişəm. İşlədiyim müddətdə Elxan Məmmədov məni tanımayıb. Hər şeyi qoyaq bir kənara, bu necə rəhbərdir ki, çempionatda çıxış edən bir klubun, özü də sözlü-söhbətli, çılğın azarkeşləri olan köklü bir klubun rəhbəri olaraq bir dəfə AFFA-nın nə bir iclasında, nə bir yığıncağında iştirak etməmişəm. Bu insan heç kimi qəbul etmir. Məni də qəbul etmir. Çünki onun tanıdığı, bildiyi insan deyildim. Vurğulayır ki, həmin adam o klubda işləmir. Həmdə adımı çəkməyi özünə qəbahət bilir. Düzdü, mənim kimi adamlar o klubda işləyə bilməz. Klublarda 5-10 manat çörək puluna görə sakit duran insanlar və sənin rəhbərliyə göndərdiyin, sənin sözünü deyən insanlardır işləyənlər. 
 


Mikayıl Nərimanoğluya gəlincə, bəli o, günahsızdır. Bilirsiz niyə? Mikayıl Nərimanoğlunu bura göndərdikdən sonra maraqlanmaq lazım idi. Ya başqa adama həvalə edilməli, ya da nöqsanları olanda aradan qaldırılmalı idi. Yoxsa bu illərcə davam etdi. Bununla maraqlanmamasının səbəbkarı, gözyumanı elə Elxan Məmmədovdur. 

Mikayıl müəllim ona qarşı çıxmadı. Bütün problemlər mənimlə bağlıdır. Çünki mən tələb edirdim ki, Gəncə futboluna, məşqçilərə, uşaqlara diqqət ayrılsın, bizə ayrılan maliyyə uyğun şəkildə paylaşdırılsın. Haqqlı istəklərə görə bu gün gündə mən həmin problemləri yaşayıram. Bu gün təkəm. Söz düşəndə "Kəpəz"də işləyənlərə də deyirəm ki, sizdən ötrü özümü oda atdım. Bəli özümü oda atıram, çünki Elxan Məmmədovun həm maddi durumu, həm əlçatan rəhbər tərəfləri çox-çox yüksəkdir. Bu barədə mən onun kölgəsində qalacacaq bir insanam. Mənim ondan üstünlüyüm sadəcə sözümün düz olması, cəmiyyətə, ətrafımda olan insanlara alnıaçıq, üzüağ baxmağımdır". 

Cabir İbrahimov AFFA-nın baş katibinin verilişdəki çıxışını dəyərləndirərkən başqa bir diqqətçəkən məqama da toxunub: "Elxan Məmmədovun çıxışında məni özümdən başqa bir məsələ də narahat etdi. Mən öz dövlətimə sadiq adamam, dövlətimin bayrağını başımdan uca tutmaq hər bir şərəfli azərbaycanlının olduğu kimi, mənim də borcumdur. Üstəlik ölkəmizin rəhbəri cənab İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya böyük hörmətim var. Orada Elxan müəllimə "AVRO-2020"in final mərhələsinin 4 oyununun Bakıda keçirilməsi ilə bağlı təşəkkür edildi. O, isə təvazökarlıqdan uzaq, özündənrazı şəkildə başını silkələyərək təşəkkürünü bildirdi. Ondan eşitmədim ki, bu işin ölkə rəhbəri və I Vitse-prezidentimizin əməyi sayəsində ərsəyə gəldiyini vurğulasın. "AVRO-2020"ni Azərbaycana gətirilməsi ölkə başçısının AFFA-ya ayırdığı pul və diqqətin nəticəsidir. Bunu Elxan Məmmədov öz çiynində gətirməyib ki. Bu, ölkənin uğurudur. Ancaq Elxan Məmmədov özünü elə aparır ki, sanki özü gətirib, özü təşkil edib. Sənə dəstək verən var, sənə milyonlarla maliyyə ayıran insanlar, təşkilatlar var, bizim ölkə rəhbəri var. Ancaq onlara ad çəkilməməsi, təşəkkür edilməməsi nə deməkdir. Elxan Məmmədov hansı bayraq altında fəaliyyət göstərir, mənim üçün çox müəmmalı işdir". 

Röya Kərimli
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2025
23:57

Türkiyə Super Liqası: "Hatayspor" 3 xalı 5 qolla qazandı

23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

20:14

"Artıq indidən səbirsizliklə növbəti mövsümü gözləyirəm"

19:39

"Layihəm qəbul olunsa, davam etmək istəyirəm- Elmar Baxşıyev

19:22

Azərbaycan kanoeçisi finişə 3-cü çatdı

18:55

MPL: "Zirə" - "Sabah" oyununda sülh, "Turan Tovuz"dan səfər qələbəsi, "Araz-Naxçıvan" "bürünc"ü təmin etdi

18:04

AMADA stolüstü tennisçilər üçün seminar keçirdi

17:25

Əminə Əliyeva dünya çempionatının finalına yüksəldi

17:14

"Şamaxı"nın braziliyalısı sıradan çıxdı

16:59

"Real Madrid" 60 milyonluq transferini elan etdi - RƏSMİ

16:25

Azərbaycan millisinin Sloveniya toplanışı başa çatdı

15:57

"Real Madrid" braziliyalını argentinalı ilə əvəzləyəcək - Danışıqlar başladı

15:20

Ölkə çempionları bilindi

14:53

Kamerunun əfsanəsi vəfat etdi

14:11

Ronaldu gələn mövsüm Çempionlar Liqasında oynamayacaq

13:30

Amerikalı basketbolçuya ölüm cəzası verilə bilər - SƏBƏB

12:54

Altı boksçumuz beynəlxalq turnirə qələbə ilə başladı

12:20

Azərbaycan güləşçiləri İrandakı turniri beş medalla başa vurdular

11:49

Lamin Yamal ilə Lionel Messi qarşı-qarşıya - Hazırlıqlar başladı

11:16

"Fikrim təsdiqləndi, "Milan" komanda deyil" - Arriqo Sakki

10:22

“Tottenhem” sonuncu dəfə bir qərinə əvvəl bu vəziyyətə düşmüşdü

09:58

"Bayern Münhen" ulduzuna "barmaq silkələdi"

09:00

Salah "Mançester Siti"nin ulduzunu "Liverpul"a dəvət etdi - "Bizim yerimiz var"

01:32

İPL: MY səfərdə "Çelsi"yə, "Tottenhem" "Aston Villa"ya uduzdu

16 May 2025
23:22

Renat oyuna sonradan qoşuldu, komandası...

22:54

Ançelotti Braziliyadan ayrılıb yenə "Real Madrid"ə qayıdacaq - Razılaşma

22:16

Flik sabiq "Real"lı məşqçinin uğurunu təkrarladı

21:52

Ayın ən yaxşı qolunun müəllifi mükafatlandırıldı

21:20

"Barselona"nın əfsanələri gürcü veteranlara qalib gəldi

20:41

Birinci Liqa: "Mingəçevir" səfərdə 3 xalı 3 qolla qazandı

20:17

"Sumqayıt" "Turan Tovuz"la oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

19:51

"Bu mövsüm komandada daha böyük rol oynadım" - Rafinya

19:14

"Kəpəz"in "Qarabağ"la oyun ərəfəsində zədəlisi olmasa da...

Facebookdan bizi izləməyi unutmayın.
X