"Kəpəz”in sabiq icraçı direktoru Cabir İbrahimov Elxan Məmmədovu debata çağırır. O, AFFA-nın baş katibi ilə bağlı bütün dediklərini sübut etməyə hazırdı.
Bu gün "Futbolinfo” ilə əlaqə saxlayan Cabir bəy bir müddət əvvəl verdiyi müsahibədə səsləndirdiyi fikirlərin, maliyyə yeyintisiylə bağlı ittihamların arxasında olduğunu deyib:
"Düzən məlum verilişdə Məmmədov mənim dediklərimi yalan kimi qələmə verdi. Onsuz da yalan olduğunu deməliydi, boynuna alası deyildi. Amma mən dediklərimin arxasındayam, hər şeyi sübut etməyə hazıram. İstənilən yerdə hər şeyi sübut etməyə hazıram. Bu, üzbəüz görüş, debat da ola bilər. Yalan deyirəmsə, versin məhkəməyə, sənədlərlə, sübutlarla onları ifşa edim. Bu adam Avro-2020-nin ölkəmizdə keçirilməsinə görə aparıcının təşəkkürünü qəbul edib, qırmızı-qırmızı "sağ ol” deyir. Halbuki dövlətin qayğısı sayəsində olub hər şey, Elxan evindən gətirməyib”.
Fanat.Az