AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Fanat.Az xəbər verir ki, yığıncaqda "Qarabağ”ın müraciətinə baxılıb.
Ağdam təmsilçisinin şikayəti qismən təmin edilib. "Sumqayıt” – "Qarabağ” oyunundakı hərəkətinə görə İntizam Komitəsi tərəfindən 3 oyunluq diskvalifikasiya olunan İsmayıl İbrahimlinin cəzası yüngülləşdirilib. Onun cəzası 2 matça endirilib.
Fanat.Az