Avropa Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ”ın qonağı olacaq Lüksemburqun "Düdelanj” klubunun baş məşqçisi Bertran Krasson komandaya göstərişlərini telefon və ya ratsiya ilə verəcək.
Fanat.Az xəbər verir ki, komandanın çalışdırıcısı cəzalı olduğu üçün görüşü tribunadan izləməli olacaq. Lakin belçikalı mütəxəssis oyun zamanı köməkçisi Lehit Zeqdaneyə istədiyi vaxt fikrini çatdıra biləcək.
Qeyd edək ki, 48 yaşlı baş məşqçi sarı vərəqə limitini dolduraraq cəzalı duruma düşüb. "Qarabağ" - "Düdelanj" matçı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və matç saat 21.55-də başlayacaq.
Fanat.Az