İngiltərədə yaşayan fitness model və məşqçi Nikki Yenkinsin başına nadir görünən hadisə gəlib.
Fanat.Az xəbər verir ki, idman edərkən ayağı əzilən 39 yaşlı qadın biləyinin burxulduğunu düşünüb. Bir müddət sonra isə ayağında yumru şişin əmələ gəldiyini görən qadın həkimə gedib. Həkimə üz tutan Nikkiyə ayağındakı şişin təhlükəsiz olduğunu və bir müddət sonra keçib gedəcəyini bildiriblər.
Amma həkimlərin dediyi olmayıb və şiş getdikcə böyüyüb. Yenidən həkimə üz tutan Nikki bu dəfə həyatının şokunu yaşayıb. Uzun sürən analizlərdən sonra müəyyənləşib ki, onun ayağındakı şiş nadir görünən "Plemomorphic Rhabdomyosarcoma" adlı xərçəng şişidi.
Təcili müalicə başlayıb və Yenkins xərçəngə qalib gələrək yenidən normal həyatını yaşamağa başlayıb. Amma ötən ay adi yoxlama zamanı xərçəngin geri döndüyünü və bu dəfə ağciyərlərinə də yayıldığı aşkarlanıb.
"Liverpool Echo" qəzetinə açıqlama verən Nikki başına gələnləri "film kimi" adlandırıb: "Yaşadıqlarımın həqiqət olduğuna inana bilmirəm. Sanki bunlar mənim başıma gəlmir. Nəvəs alıb-verməyimdə problem yox idi, idmana yenidən başlamışdım və normal həyatıma dönmüşdüm. Yenidən xərçəngə yoluxduğumu öyrənəndə şoka düşdüm. Ağciyər xərçəngi olan adamların daim öskürdüyünü, rahat nəfəs ala bilmədiklərini düşünürdüm. Amma məndə bunların heç biri yox idi".
Nikkiyə ötən ay keçdiyi analizlər zamanı 12 ay ömrünün qaldığını və 4-cü dərəcəli xərçəng olduğu deyilib. Amma o, ümidini itirmir. Alternativ müalicə üsullarından istifadə edəcəyini deyən qadın kimyaterapiya keçdiyini və ailəsinin ona daim dəstək olduğunu bildirir.
Fanat.Az